() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır. Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır. Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır. Uzunluğu 20 (24) mm-dir. Meyvələri şarşəkilli, demək olar ki, qara rəngli giləmeyvədir. Aprel ayında çiçəkləyir, may-iyul (avqust) aylarında meyvə verir.

Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi. Subalp qurşağına qədər.

Yaşayış mühüti Fıstıq, vələs, palıd, şam meşələrində, meşə kənarında kollar arasında, çəmənlərdə rast gəlinir.

Təsərrüfat əhəmiyyəti Cavan zoğları və kökümsovu bişmiş halda yeyilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax