() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 10–50 sm olan, çox vaxt yerüstü kökümsovları sürünən və qonur təbəqə ilə sıx örtülmüş bitkidir. Yarpaq ayası görünüşünə görə uzanmış-neştərşəkillidir, qalın dəriciklidir; yuxarı hissəyə doğru seqmentlər tədricən daralan, dartılmış və ya dəyirmiləşmişdir, tamkənarlıdır və yaxud qeyri-müəyyən mişarvaridir, qaidə hissəsinə doğru birləşmişdir; ikinci dərəcəli damarlar ikiqat-çəngəlvaridir, əsas damardan enli, demək olar ki, düz bucaq altında çıxır. Saplaq yarpaq ayasından qısadır. Sorusları dəyirmidir, orta damara yaxın yerləşmişlər; sporlar sarımtıldır, çox və ya az qabarıqdırlar. Çoxillikdir. İyul-avqust aylarında sporlayır.

Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, BQ qərb, Qob., Kür-Araz oval., KQ mərkəzi, KQ şimal, KQ cənub, Lənk. dağ., Lənk. oval.

Yaşayış mühiti Qayalıq yerlərdə, daşlar arasında, meşələrdə, daş binalarda və sökülmüş yerlərdə, bəzən gövdə və kötüklərdə rast gəlinir. Meşəli rayonlarda üstünlük təşkil edir.

Təsərrüfat əhəmiyyəti Kökümsovunun tərkibində aşı və alma turşusu qlisirizin, santozin vardır. Tibbdə istifadə olunur. Dekorativ bitkidir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Belarus florası Kateqoriya:Asiya florası Kateqoriya:Afrika florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları