() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Avropanın əksər ərazilərində, Qərbi və Mərkəzi Sibirdə, Qafqazda yayılmışdır.

Botaniki xarakteristikası Kökümsovlu çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kök sistemi saçaqlı, nazik, incə sapaoxşar olmaqla, kök yumruları qalınlaşmışdır. Yarpaqları kəsik-kəsik, lələkvari 2-3(5) hissəyə bölünməklə, neştərvari, kənar seqmentləri mişarabənzər, yuxarı hissəsi yaşıl, aşağı hissəsi ağımtıldan keçəvari tükcüyə qədər dəyişir. Çiçəkləri sarımtıl-ağ, ətirli, süpürgəvarı çiçəkqrupunda cəmləşmişdir. Meyvələri çoxyarpaqlı 6-10-a qədər olub, yapaqları burulan spiralşəkillidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.

Çaybasar çəmənliklərdə, nəmişlik, rütublətli yerlərdə, bataqlıqlarda, çay sahillərində, doğranmış, kəsilmiş meşələrdə, orta dərəcəli kolluqlarda yaşayır. Pöhrəliklər şəklində rast gəlinir.

Çiçəklərini yarpaqsız olmaqla bıçaqla, çapacaq və dəhrə ilə kəsərək səbətə toplamaq lazımdır. Yaxşı ventiliyasiyalı çardax və naveslərdə nazik qatla sərərək qurudulmalıdır. Quruducu şkafda 40°С-yə qədər temperaturda qurutmaq lazımdır.

Bütöv orqanları xammaldır. Quru və işıqdan qorunan yerlərdə (3 il) saxlanılmalıdır.

Tərkibi və təsiri Çiçəklərinin tərkibində 0,2%-ə qədər efir yağı, salisil turşusunun metil efiri, aşı maddələri, flavonoidlər (spireozid, qlükozid, kverçetin), fenoqlükozid (monotropitin, spirein, izosaliçin), kumarinlər, askorbin turşusu və mikroelementlər vardır.

Hemostatik, hemorroy əleyhinə, diuretik və iltihabsorucu dərmandır.

Çiçəklərindən iltihabsorucu, hemostatik, diuretik, hemorroy, yara və yanıq əleyhinə dərman hazırlanır.

Çiçəkləri bişirmə (1:20 və 1:50) və dəmləmə formasında (1:50 və 1:100) işlədilir. İltihabsorucu, büzücü, yarasağaldıcı, bürüyücü, vanna şəklində, sulu yaralar zamanı quruducu sarğıların qoyulmasında istifadə edilir. Bundan başqa ağız-boğazın qarqara edilməsində, ekzema, trofik yaralarda, qaşınan dermatozlarda və bədənin bişmiş yerlərində istifadə edilir. Babasildə imalə kimi olduqca effektlidir. Qarağacyarpaq quşqonmazın çiçəkləri və xırdalanmış hissəcikləri xammaldır. İltihabəleyhinə və büzücü dərmandır.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri