() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Ümumi məlumat Hündürlüyü 30-60 sm, gövdəsi sadə, düz, çoxillik çılpaq ot bitkisidir. Kökümsovu kökyumrusu şəklində qalınlaşmış köklərdir. Yarpaqları neştərvari-xətlidir, çoxsaylı, daha iri uzunsov, dərin kəsilmiş və dişli yarpaqcıqlı və onlar arasında oturmuş cüt xırda yarpaqcıqlıdır; bütün yarpaqcıqlar üst tərəfdən çılpaq, alt tərəfdən isə damar boyu tüklüdür.
Çiçəkləri çoxçiçəkli süpürgədə toplanmışdır. Ləçək və kasa yarpaqları 6 ədəddir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir,uzunluğu 6 mm-ə yaxındır,əksinəyumurtaşəkillidir. May-iyun aylarında çiçəkləyir.
Meyvələri 9-12 ədəd, düz, oturaq və tüklüdür. İyun-avqust aylarında meyvə verir.
Yayılması Azərbaycanın bütün rayonlarında, əsasən meşəli rayonlarda.Ovalıqdan yuxarı dağ qurşağına qədər.
Yaşayış mühiti Çəmənliklərdə, kolluqlarda,otlu yamaclarda rast gəlinir.
Təsərrüfat əhəmiyyəti Kökləri yeməlidir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Yeni Zelandiya florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası Kateqoriya:Afrika florası Kateqoriya:30–34 ID olan Taksonbar