() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Yaponiyada və Çində meşələrdə, dağ çaylarının sahillərində, daşlıq torpaqda bitir.

Botaniki xarakteristikası Hündürlüyü 2–3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır, yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Yarpaqları sadə, dərili, iri, uzunluğu 10 sm-ə qədər olan yumurtaşəkilli, neştərvari formalı, kənarları xırda dişlidir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. Uzun zoğlarda yarpaqları növbəli yerləşir, qısa zoğlarda dəstələrə yığılmışdır. Bu cür dəstələrin bünövrəsində 3–5 yerə bölünmüş, iri iynələr şəklini dəyişmiş yarpaqlar hesab edilir. May ayında çiçəkləyir. Açıq sarı çiçəkləri xoş qoxuludur. 10–26 ədəd sıx, salxımşəkilli çiçək qruplarına yığılmışdır. Çiçəkləmə müddəti 17–20 gündür. Bir yaşında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir və uzun müddət ağacda qalır. Meyvələrinin uzunluğu 1 sm-ə qədər, 1–2 iri toxumları qırmızı ovalşəkillidir. Toxumlar, zoğlar, qələmlər və kök zoğları ilə asanlıqla çoxalır.

Ekologiyası Quraqlığa, istiyə və soyuğadavamlıdır.

Azərbaycanda yayılması Mədəni halda Abşeronda, Gəncədə və başqa rayon və şəhərlərin həyətyanı sahələrində rast gəlinir.

İstifadəsi Kolun gözəl formasına, iri yarpaqlarına, bol çiçəkləməsinə və meyvəverməsinə görə tək və qrup əkinləri, canlı çəpərlər salınması üçün məsləhət görülür. Tərkibində alkoloid, berberin maddələri vardır. Yarpaqları qara ciyərin, leyşmanioz, malyariya, öd kisəsi yollarının xroniki xəstəliklərində və qankəsici vasitə kimi istifadə edilir. Yeməlidir, ləti turş, dadlıdır.

Sinonimləri

Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:1857-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Çin florası Kateqoriya:Koreya florası Kateqoriya:Yaponiya florası Kateqoriya:Yeməli vəhşi bitkilər