() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Qafqazda və Türkiyədə yayılıb.

Botaniki xarakteristikası Hündürlüyü 4 m-ə çatan çoxşaxəli koldur. Qopartikanları alt budaqlarda sadədir. Cavan budaqlarının qabığı sarımtıl rənglidir. Yarpaqları tərd-yumurtavari və ya uzunsovdur, saplağa tərəf daralandır, üst hissədəkilər tamkənarlı, aşağıdakılar yuxarı yönəlmiş tikanlı-dişlidir. Çiçəkləri çoxçiçəkli sıx salxımlarda yerləşir. Giləmeyvələri yumurtavari, girdədir, bəzən bir qədər uzunsov olur, uzunluğu 5-6 mm-dir, təqribən çiçək saplağına bərabərdir, turşdur. Aprel-may aylarında çiçəkləyir. Meyvəsi sentyabr ayında yetişir.

Ekologiyası Quru iqlimdə,yuyulmuş kasıb torpaqlarda bitir. Torpaq eroziyasına qarşı mübarizədə çox əhəmiyyətli bitkidir.

Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda, Abşeronda, Naxçıvan MR-nın dağlıq hissələrində və Talış dağlarında yayılmışdır.

İstifadəsi Yaşıllaşdırmada istifadə edilir. Giləmeyvələrindən mürəbbə, jele, şirələr, siroplar (şərbətlər) hazırlanır və turş ədviyyat kimi istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:Asiya florası