Hünərli (əvvəlki adı: Tsakuri) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 197-VIQ saylı Qərarı ilə Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 7 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Hünərli kəndi 7 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Kəndin adı XIX əsrə aid rus mənbələrində Zakurli və ya Zaxur variantında qeydə alınmışdır. Oykonimin zakirli tirəsinin adı ilə bağlılığı güman edilir. Gəlmə ermənilər 1828-ci ildə burada məskunlaşdıqdan sonra kənd Tsakuri (ziqore/zigir erm. "əzgil") adı ilə rəsmiləşdi. 1992-ci ildə rəsmi olaraq Zakirli adlandırılmışdır.B.Budaqov, Q.Qeybullayev. Yuxarı Qarabağın toponimləri. Bakı: 2005. 1933-cü ildə Laçın rayonunda Zəkir adlı yaşayış məntəqəsi qeydə alınmışdır. 20 noyabr 2020-ci il tarixindən kənd Hünərli adlanır.

Tarixi

Tarixi abidələri Hünərli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi230Alban məbədi 1131-ci ilHünərli kəndiMemarlıqÖlkə4325Məbəd XVII əsrHünərli kəndiMemarlıqYerli

Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX

İqtisadiyyatı

Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Çiraquz kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri