Suncinka — Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Suncinka kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Toponimi Yaşayış obyekti Sunca çayının yaxınlığında yerləşdiyi üçün belə adlanmışdır. Suncinka Sunca adının rus dilindəki kiçiltmə–əzizləmə variantıdir.
Coğrafiyası Suncinka kəndi Qarabağ silsiləsinin yamacındadır.
Həmçinin bax Xocalı soyqırımı
İstinadlar
Kateqoriya:Xocalı rayonunun kəndləri