Hacıbaba Sadıq oğlu Əzimov () — Azərbaycan tarixşünası, ictimai-siyasi xadimi, tarix elmləri doktoru (1981), professor (1982), Azərbaycan Respublikasının xalq deputatı (1990); Azərbaycan Respublikası Ali Sovetinin üzvü, Vahid Azərbaycan Milli Birlik Partiyasının ilk və son sədri (1992–2023). Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əsas müəllifi.
Həyatı 1938-ci il avqustun 1-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakültəsini, 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitunun aspiranturasını bitirmişdir.
16 may 2026-cı ildə vəfat edib.
Əmək və ictimai-siyasi fəaliyyəti 1960–1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxivlər İdarəsinin baş elmi işçisi — baş inspektoru vəzifəsində işləmişdir. 1961–1963-cü illərdə Azərbaycan EA Tarix İnstitunun elmi işçisi və 1963–1966-cı illərdə aspirantı olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi elmi adını almışdır. 1966–1970-ci illərdə Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1970–1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (APİ) baş müəllimi, baş elmi işçisi-doktorantı (1974–1976), dosenti (1976–1981) olmuşdur. 1981-ci ildə tarix elmləri doktoru, 1982-ci ildə tarix elmləri üzrə professor elmi adları almışdır. 1982–1991-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Siyasi Tarix Kafedrasının professoru (1982–1984) və Siyasi Tarix Kafedrasının müdiri — professoru (1985–1991) vəzifələrində işləmişdir. 1991–1992-ci illərdə Bakı Dövlət Universitetinin Lənkəran Filialının təşkilatçısı və direktoru (sentyabr 1991 — iyul 1992) olmuşdur. 1992–1997-ci illərdə Lənkəran Dövlət Universitetinin qurucusu və ilk rektoru (iyul 1992 — iyul 1997) olmuşdur. 1990-cı ildə Azərbaycan Respublikasının xalq deputatı seçilmişdir. 1991-ci il martın 7-də Ali Sovetdə 350 deputat arasından SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə, Azərbaycanın müstəqilliyinə səs vermiş cəmi 43 nəfər deputatdan biri olmuş, həmin deputatlarla birlikdə cəmiyyətdə "istiqlalçı deputat" olaraq tanınmışdır. 1991-ci il oktyabrın 18-də Ali Sovetin qəbul etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri, Konstitusiya Aktının əsas müəllifi və Ali Sovetin müzakirəsinə təqdimatçısı olmuşdur. Məhz bu Aktın qəbul edilməsindən sonra bütün dünya dövlətləri ilk dəfə olaraq Azərbaycan Respublikasını müstəqil dövlət, beynəlxalq hüququn subyekti kimi tanımış, Azərbaycan BMT-nin bərabər hüquqlu üzvü seçilmişdir. 1991–1995-ci illərdə 51 nəfərdən ibarət seçilmiş və daimi fəaliyyət göstərən ilk Azərbaycan parlamentinin — Milli Məclisin deputatı olmuşdur. 1992-ci ilin iyun ayında xarici düşmən dairələrin fitvası ilə ölkədə qızışdırılan etnik separatçılıq meyllərinin qarşısını almaq məqsədilə yaradılan Vahid Azərbaycan Milli Birlik Partiyasının təşkilat komitəsinin sədri, 1992-ci ilin noyabr ayında keçirilən qurultayda təsis olunan Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri seçilmişdir.
Siyasi fəaliyyəti 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az .
Həmçinin bax Lənkəran Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı
İstinadlar
Xarici keçidlər "5-ci kolon"un təqib etdiyi ağsaqqal professor-HACIBABA ƏZİMOV-80 Hacıbaba Əzimov Milli Şuradan uzaqlaşdırıla bilər 27 yaşlı tarix
Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Vahid Azərbaycan Milli Birlik Partiyasının üzvləri Kateqoriya:Azərbaycan siyasi partiyalarının sədrləri Kateqoriya:Lənkəran Dövlət Universitetinin rektorları