İntiqam Vahid oğlu Atakişiyev () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı 7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1981–1991-ci illərdə Qəbələ rayonunun Tüntül kənd orta məktəbində, 1991–1992-ci illərdə isə Bakı şəhəri 61 saylı texniki peşə məktəbində oxuyub. Ailəlidir, iki övladı var.

Hərbi xidməti İntiqam Atakişiyev 1992–1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək qalxıb.

O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib.

1995-ci ildən 2004-cü ilədək "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib.

1992–1994-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Murovdağ döyüşlərindən birində yaralanıb. 1995-ci il mart hadisələri zamanı dövlət çevrilişi etmək istəyən qüvvələrin qarşısının alınmasında iştirak edib. Onu, "N" saylı hərbi hissənin qrup komandiri təyin etmişdilər. Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin ilk rəisi vəzifəsində çalışmışdır.

Təltif və mükafatları Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Atakişiyev İntiqam Vahid oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 50px (4 aprel 1995) — "Qızıl Ulduz" medalı 50px (16 avqust 2011) — "İgidliyə görə" medalı 50px (15 avqust 2014) — "Vətən uğrunda" medalı 50px (2018) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 41–42.

İstinadlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları