Novruz Qurbanov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.

Həyatı 1975-ci il 2 iyun tarixində Ağstafa rayonunun Göycəli (Yuxarı Göycəli) kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır.

Döyüşlərdə iştirakı "N" saylı hərbi hissədə xidmət edən Novruz atəşkəs imzalananadək döyüşlərdə iştirak etmişdir. 1995-ci il Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda döyüşən gənc əsgər Novruz Qurbanov qəhrəmancasına həlak oldu.

Ailəsi Subay idi.

Milli Qəhrəman Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra "Azərbayvcanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağstafa rayonu Göycəli kəndində dəfn edilmişdir.

Göycəli kəndində büstü qoyulmuşdur.

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 178.

İstinadlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Ağstafada doğulanlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları