Nərgiz, Narçis ( mənası "qürurlu", "özündənrazı") yunan mifologiyasında çay tanrısı Kefisin oğluNonnus, Dionysiaca 48.581 ff..
Exo və Nərgiz Rəvayətə görə Nərgiz çox yaraşıqlı gənc olduğundan bütün qızlar xüsusən nimfalar onu görcək ona vurularmışlar. Tiresiy ona öz əksini görməzsə çox yaşayacağını vəd etmişdir. Bu haldan çox lovğalanan Nərgiz heç kimi bəyənib sevməzmiş. Ancaq sevilməsindən lovğalıqla xoşhallanarmış. İlk dəfə çox gözəl qız olan nimfa Exo onaltı yaşlı Nərgizi ov edərkən görmüş və ona aşiq olmuşdur. Exo danışa bilmədiyindən eşqini ona aça bilməmişdir. 350px|thumb|left Dialoq: (Məzmununun tərcüməsi) Nərgiz:-Burda kimsə var? Exo:-Var. Nərgiz:-Sən kimsən? Exo:-Kimsən? Nərgiz:-Bura gəl! Exo:-Gəl! Nərgiz:-Səni görmək olar? Exo:-Olar. Nərgiz:-Səni görmək istəyirəm! Exo:-İstəyirəm!
Bu zaman öz füsunkar gözəlliyi ilə Exo Nərgizin boynuna sarilır. Exonun ona vurulmasını duyan Nərgiz soyuqqanlıqla ondan imtina edərək onu qovmuşdur.
Nərgiz:Sarsaqlama! Exo:Sarsaqlama!deyib və qaçıb gizlənmiş, pərt olmasından utanaraq göz yaşları tökmüşdür.
Məhəbbət və gözəllik ilahəsi Afrodita bu lovğalığa görə Nərgizi cəzalandırmağı qərar verir. Bir dəfə meşədə dolaşan Nərgiz bərk susayaraq su içmək üçün bir gölməçəyə yaxınlaşaraq orada öz əksini görür. Bu zaman Erot onun qəlbini öz oxu ilə yaralayır. Qarşısında kim olduğunu anlamayan Nərgiz öz əksinə aşiq olur. Hər dəfə əyilib onun dodaqlarından öpmək istəyərkən əksi təkrar-təkrar yoxa çıxarmış. Məhəbbətin nə olduğunu bilməyən Nərgiz artıq öz-özünə, əksinə vurulur və ondan heç vəclə ayrıla bilmir və gölməçə qırağında eşq dərdindən məhv olur. Yerində isə nərgiz bitir.
Mənbə Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:Beotiya mifologiyası Kateqoriya:Mifoloji ovçular Kateqoriya:Əfsanəvi şəxslər Kateqoriya:Qədim yunan mifologiyasında şəxs Kateqoriya:Qədim yunan mifologiyasında şəxsləndirmə