Adıgözəlovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Soyun yaranması Bu soyun ulu babası Adıgözəl bəy Dərvişqulu bəy oğlu Dəmirçihəsənli mahalının Təklə-Qaradolaq obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı olmuşdu. Mеhdiqulu xan Cavanşirə xidmət etmişdi. Xan Irana qaçandan sonra ruslara işləmişdi. Qardaşı Imamqulu bəylə bərabər Dəmirçihəsənli mahalını idarə etmişdilər. Praporşik hərbi rütbəsi almışdı. Qarabağda Təklənski soyadı ilə tanınırdı. Törəmələri Adıgözəlov soyadını daşıyırlar.

Adıgözəl bəy böyük mülkədar idi. Şuşa şəhərində imarətə, rəiyyətlərə, Qaradolaq, Şahsеvən adlı obalara, Kürətan torpağında mülklərə yiyələnmişdi.

Adıgözəl bəyin Hümbətəli bəy, Atakişi bəy, Ibiş bəy, Sadıq bəy, Məmməd bəy adlı oğulları vardı.

Soyun məşhur nümayəndələri Adıgözəl bəy Təklə — Qarabağ bəylərindən, mahal naibi, rus ordusunun praporşiki. Zülfü Adıgözəlov — Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı, Azərbaycan SSR əməkdar artisti (1943). Vasif Adıgözəlov — Azərbaycan bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), "Şöhrət" və "İstiqlal" ordenləri laureatı. Yalçın Adıgözəlov — Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2012).

Mənbə Ənvər Çingizoğlu, Adıgözəlovlar: Qaradolaq bəyləri, "Soy" elmi-kütləvi dərgi, 2010, № 7, səh.3–22.

Həmçinin bax Qarabağ Şuşa Qaradolaq

Xarici keçidlər