Kacol Mukherci (ing. Kajol; ) — Hindistan aktrisası.

Həyatı Kacol – Hindistanın böyük kino sənayesinin ən parlaq ulduzlarından biridir. Kacol mediada tez-tez "Bollivudun kraliçasi" kimi tanınır. Onun anası Tanuca da vaxtilə aktrisa olmuşdur. Bacısı Tanişa – hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Atası Şomu isə prodüserdir. Nənəsi Şobhana Samarth isə qızı kimi Bollivudun tanınan aktrisalarından olmuşdur.

Kacol kinoda debütünü 1992-ci ildə "Bekhudi" filmilə etmişdir. Ona ən böyük uğur isə Hindistan kinosunun kralı Şahrux Xanla birgə çəkildiyi "Cəsur ürək gəlini alar" filmindən sonra gəlir. Kacol yeganə aktrisadır ki, Raciv Rayın "Gupt" filmindəki obrazına görə ən yaxşı mənfi rol nominasiyasında mükafat qazanmışdır.

"Ailə və qanun" müştərək filminin çəkilişləri zamanı Kacol, aktyor Acay Devqanla tanış olur. Bundan sonra düz 4 il müddətində aktyorlar görüşməyə başlayırlar və 24 fevral 1999-cu ildə ailə həyatı qururlar.

2002-ci ildə Kacolun yeganə istəyi və bütün dualarının səbəbkarı qızı Nisa dünyaya gəlir. Qızının anadan olmasından sonra Kacolun karyerasında qısa bir durğunluq yaranır. Lakin bu kiçik durğunluq tezliklə aradan qalxır. 2006-cı ildə o, Kunal Kohlinin "Kor məhəbbət" filmində aktyor Əmir Xanla birgə çəkilmişdir.

Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1992 Fövqəladə debüt Behkudi Radhika1993 Qumarbaz Baazigar Priya Çopra1994 Məhəbbətlə zarafat olmaz Yeh Dillagi Sapna1995 Karan və Arcun Karan Arjun Soniya1995 Ailə və qanu Hulchul Şarmili1995 Cəsur ürək gəlini alacaq Dilwale Dulhania Le Jayenge Simran1997 Arzular Minsaara Kanavu Priya1998 Sevgidən qorxmaq lazım deyil Pyaar Kiya To Darna Kya Muskan1998 Düşmən Dushman Sonya1998 Nəsə baş verir Kuch Kuch Hota Hai Anceli Şarma1999 Mən sənin qəlbində yaşayıram Hum Aapke Dil Main Rehte Hai Meha2000 Aşiq oğru Raju Chacha Anna2001 Kədər və sevinc Kabhi Khushi Kabhie Gham Anceli2003 Sabah açılacaq, yoxsa yox? Kal Ho Naa Ho mahnı ifa edən2006 Kor məhəbbət Fanaa Zuni2006 Heç vaxt "əlvida" demə Kabhi Alvida Naa Kehna mahnı ifa edən2007 Om Şanti Om Om Shanti Om özü2008 Sən, mən və biz U Me Aur Hum Piya2008 Bu cütlüyü Tanrı yaradıb Rab Ne Bana Di Jodi mahnı ifa edən2010 Mənim adım Xandır My Name is Khan Mandira Xan2010 Biz bir ailəyik We Are Family Maya2012 İlin tələbəsi Student of the Year mahnı ifa edən

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hindistan aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:XXI əsr aktrisaları