Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR; ; ; ; ; 22 aprel – 28 may 1918) indiki Azərbaycan, Ermənistan və Gürcüstan ərazisinin böyük hissəsini, habelə Rusiya və Türkiyənin bəzi hissələrini əhatə edən Qafqazda qısa ömürlü dövlət idi. Gürcüstan müstəqilliyini elan edənə qədər dövlət cəmi bir ay yaşamış, az sonra isə Azərbaycan Ermənistan vəolmuşdur .

ZDFR-ni təşkil edən bölgə Rusiya İmperiyasının bir hissəsi idi. 1917-ci il Fevral Inqilabı zamanı imperiya dağılan və müvəqqəti hökumət ələ keçirən kimi, Xüsusi Zaqafqaziya Komitəsi (Ozakom) adlı oxşar orqan Qafqazda da eyni şeyi etdi. Oktyabr inqilabından və Rusiyada bolşeviklərin yüksəlişindən sonra Ozakomu Zaqafqaziya Komissarlığı əvəz etdi. 1918-ci ilin martında Birinci Dünya müharibəsi davam edərkən, Komissarlıq bölgəni işğal etmiş Osmanlı İmperiyası ilə sülh danışıqlarına başladı. Lakin Osmanlılar Komissarlığın səlahiyyətlərini qəbul etməkdən imtina etdiyi üçün danışıqlar pozuldu. Rusiyanın müharibədə iştirakına son qoyan Brest-Litovsk müqaviləsi Zaqafqaziyanın bir hissəsini Osmanlı İmperiyasına verdi və o, əraziyə nəzarəti ələ keçirmək üçün onun işğalını davam etdirdi. Bu gözlənilməz təhlükə ilə üz-üzə qalan 22 aprel 1918-ci ildə Komissarlıq özünü ləğv etdi və ZDFR-ni müstəqil dövlət olaraq elan etdi. Dövləti dərhal tanıyan Osmanlı İmperiyası ilə danışıqlara rəhbərlik etmək üçün qanunverici orqan olan Seym yaradıldı.

Üç əsas qrupun (ermənilər, azərbaycanlılar və gürcülər) bir-birindən fərqli məqsədləri ZDFR-nin mövcudluğunu tez bir zamanda təhlükə altına qoydu. Sülh danışıqları yenidən pozuldu və 1918-ci ilin mayında yeni Osmanlı hücumu ilə üzləşən Seymdəki gürcü nümayəndələr ZDFR-nin davam edə bilməyəcəyini bildirdilər və mayın 26-da Gürcüstan Demokratik Respublikasını müstəqil elan etdilər. Gürcülərin artıq ZDFR, Ermənistan Demokratik Respublikası və Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olmaması iləhər biri mayın 28-də federasiyanı bitirərək müstəqilliklərini elan etdi. Qısa müddət ərzində mövcud olduğu üçün ZDFR regionun milli tarixşünaslıqlarında böyük ölçüdə diqqətdən kənarda qalmış və müstəqil dövlətlərə münasibətdə yalnız birinci mərhələdə nəzərə alınmışdır.

Tarixi

Zəmin Cənubi Qafqazın böyük bir hissəsi XIX əsrin I yarısında Rusiya imperiyası tərəfindən ələ keçirilmişdi. 1801-ci ildə yaradılmış Qafqaz canişinliyi növbəti onilliklər boyunca regionda birbaşa rus hakimiyyətini təmin etdi və daha da gücləndirdi. Bu müddət ərzində lokal muxtariyyət tədricən azaldı və canişinlik 1845-ci ildə əlavə güclər əldə etməyi bacardı. Tiflis şəhəri canişinin fəaliyyət göstərdiyi şəhər olmaqla birlikdə, de-fakto bir şəkildə regionun paytaxtına çevrildi. Tiflis və XIX əsrin ikinci yarısından neft satan sənaye bölgəsi kimi böyüməyə və iqtisadi mərkəz olmağa başlayan Bakı şəhərlərindən başqa Cənubi Qafqaz mütləq dərəcədə kənd təsərrüfatı bölgəsi idi. Etnik olaraq da bölgə müxtəlif idi. Regiondakı əsas 3 etnik qrup var idi: azərbaycanlılar, gürcülər və ermənilər. Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra regionda rusların da sayı sürətlə artmağa doğru getməkdə idi.

1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması ilə birlikdə Cənubi Qafqaz Rusiya və Osmanlı imperiyalarının əsas döyüş səhnələrindən birinə çevrildi. Döyüşlər nəticəsində ruslar bir neçə mühüm qələbələr qazandılar və Osmanlı imperiyasınnı iç hissələrinə qədər daxil oldular. Bütün bu müddət ərzində Rusiya imperiyası bütün müsəlmanların dini rəhbəri olan Xəlifə rütbəsini daşıyan Osmanlı sultanının cihad fətvasının Cənubi Qafqazdakı müsəlmanlara təsir edəcəyindən çəkinməkdə idi. Həmçinin iki imperiyanın mübarizəsində sərhəd boyunca yaşamaqda olan ermənilərin də tərəflərə yanaşması mühüm yer tutmaqda idi.

1917-ci il Fevral inqilabı ilə Rusiya imperiyası süqut etdi və onun yerində Müvəqqəti Hökumət yaradıldı. Qafqazın canişini, Böyük Knyaz Nikolay əvvəlcə yeni hökuməti dəstəklədiyini bildirsə də, imperator gücü zəiflədiyi üçün vəzifəsindən istefa vermək məcburiyyətində qaldı. Müvəqqəti Hökumət 22 mart 1917-ci ildə Cənubi Qafqazı idarə etmək üçün yeni müvəqqəti hakimiyyət orqanı olan Xüsusi Zaqafqaziya Komitəsini (Rus abreviaturu Ozakom ilə tanınır) yaratdı yaratdı. Komitə, Dumaya (Rusiya qanunverici orqanına) seçilən qafqazlı nümayəndələrdən və digər yerli liderlərdən ibarət olmaqla birlikdə, "kollektiv naiblik" funksiyasını yerinə yetirmək üçün nəzərdə tutulmuşdu və bölgənin etnik qruplarından nümayəndələr var idi. Peterburqda olduğu kimi əslində Qafqazda da ikili hakimiyyət hökm sürməkdə idi. Peterburqdan o qədər də dəstək ala bilməyən Komitə yerlərdə təşkil edilən sovetlər üzərində öz hakimiyyətini qurmaqda problemlər yaşamaqda idi. Bu sovetlər içərisində ən güclüsü Tiflis Soveti idi.

Zaqafqaziya Komissarlığı 7 noyabr 1917-ci il tarixində meydana çıxan və bolşeviklərin hakimiyyətə gəlməsi ilə nəticələnən Oktyabr inqilabının xəbəri növbəti gün Qafqaza çatdı. Elə həmin gün Tiflis Soveti toplandı və bolşeviklərin hakimiyyəti qəsb etməsinə qarşı olduqlarını elan etdilər. Bundan üç gün sonra gürcü menşeviki olan Noy Jordaniya ilk dəfə yerli muxtar hökumət ideyasını dilə gətirdi. Onun əsaslandırmasına görə, bolşeviklərin hakimiyyəti ələ keçirmələri qeyri-qanuni idi, buna görə də, Qafqaz onların direktivlərini izləmək məcburiyyətində olmamalı idi. Jordaniya belə etməklə keçmiş imperiya ərazisində qayda-qanunun bərpa edildiyi vaxta qədər gözləməyi təklif edirdi. Tiflis Sovetində başqa nümayəndələr ilə müzakirələr davam etdirildi. 28 noyabrda Komitə və digər qruplarla aparılan müzakirələr nəticəsində Komitənin fəaliyyətinə son qoymaq və onu bir başqa hakimiyyət orqanı ilə əvəz etmək qərara alındı. Beləliklə, bolşevik hakimiyyətini tanımayan Zaqafqaziya Komissarlığı yaradıldı. Bölgənin dörd əsas etnosu olan azərbaycanlılar, ruslar, gürcülər və ermənilərin nümayəndələrindən təşkil edilən Komissarlıq Cənubi Qafqazın hakimiyyət orqanı olaraq Komitəni əvəz etdi. Komissarlığın 1918-ci ilin yanvarında Ümumrusiya Müəssislər Məclisinin toplanacağı vaxta qədər fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu. Gürcü olan Yevgeni Gegeçkori rəhbər və Xarici İşlər Komissarı oldu. Digər komissarlıqlar isə digər əsas millətlər arasında paylaşdırıldı. Müvəqqəti hökumət olmaq məqsədi ilə yaradılmış Komissarlıq güclü şəkildə idarə edə bilmirdi: o, eyni vaxtda formalaşan və etnik mənsubiyyətə əsaslanan milli şuraların hərbi dəstəyindən asılı idi və qəbul etdikləri hər hansı qanunları faktiki olaraq tətbiq etməkdə aciz idi.

Bütün bunlar baş verərkən nominal olaraq rus və Osmanlı orduları bölgədə müharibə şəraitində olduqları üçün atəşkəs imzalanması prosesi başlandı. İki sosial-demokratın və bir daşnakdan ibarət olan Zaqafqaziya nümayəndəsi Ərzincana gəldi. 18 dekabr 1917-ci ildə Ərzincan atəşkəsi imzalandı. Hərbi fəaliyyət həmin gündən etibarən durduruldu və demarkasiya xətti olaraq həmin günkü orduların düzülüşü əsas götürüldü. Heç bir strateji yenidən qruplaşmaya icazə verilmirdi. Həmçinin xüsusi olaraq qeyd edilmişdi ki, heç bir ordu Osmanlı tərəfindən Qafqazdan Mesopotamiyaya göndərilməməli idi. Əgər tərəflərdən biri atəşkəsin ortadan qaldırılmasını istəsəydi bundan iki gəftə əvvəl qarşı tərəfə bu barədə məlumat verməliydi. Belə bir istəyin olmayacağı halda isə atəşkəs ümumi sülhün imzalanacağı tarixə qədər davam edəcəkdi. Müharibə şəraitinin sonlanmasına görə, 16 yanvar 1918-ci ildə Osmanlı diplomatları Komissarlığı Brest-Litovsk sülh müzakirələrində iştirak etməyə dəvət etdilər. Belə ki bu zaman bolşeviklər Almaniya və müttəfiqləri ilə müharibəni bitirmək üçün Brest-Litovskda separat sülh danışıqlarına başlamışdılar. Lakin Komissarlıq Rusiyadan ayrı hərəkət etmək istəmədiyi üçün dəvəti cavablandırmadı və beləliklə, müzakirələrə qatılmadı. Bundan iki gün sonra, yəni 18 yanvar 1918-ci ildə səsvermədən sonra toplanmış Müəssislər Məclisi ilk və son toplantısını həyata keçirdi. Məclis elə ilk toplantısında da seçkilərdə birinci partiya olaraq çıxmağı bacarmamış bolşeviklər tərəfindən dağıdıldı. Bundan sonra, bolşeviklər bütün keçmiş imperiya torpaqlarında öz hakimiyyətlərini gücləndirməyə başladılar. Bu, Komissarlıq üçün onların bolşeviklərlə heç bir ciddi vəzifədə işləyə bilməyəcəklərini təsdiqlədi və buna görə də onlar daha rəsmi hökumət qurmağa başladılar. Osmanlı Komissarlıq arasında razılaşdırılmış atəşkəs yalnız 30 yanvara qədər davam etdi. Bu tarixdə Osmanlı ordusu Qafqaz istiqamətində yeni hücuma başldı. Osmanlı ordusu bu hücumlarını davamlı olaraq erməni dəstələrinin Osmanlıdan ələ keçirilmiş bölgədəki müsəlman əhalisinə hücum etməsi ilə əsaslandırırdılar. Rus qüvvələrinin böyük ölçüdə cəbhədən çıxarılması ilə Komissarlıq başa düşdü ki, onlar Osmanlı qüvvələrinin genişmiqyaslı irəliləyişinə müqavimət göstərə bilməyəcəklər və buna görə də fevralın 23-də sülh danışıqlarının yeni raunduna başlamağa razılaşdılar.

Seym

1917-ci ilin noyabrından etibarən Cənubi Qafqazın qanunverici orqanını qurmaq ideyası müzakirə edilməkdə olsa da, real addımlar atılmamışdı. Yanvarda Müəssislər Məclisinin dağıdılmasından sonra Komissarlığın rəhbərliyinə aydın oldu ki, Rusiya ilə əlaqələr tamamilə kəsilmiş vəziyyətdədir. Bolşeviklərin idarəsi altında qalmaq istəməmək Komissarlığı öz qanunverici orqanlarını qurmaq yönündə əməli addımlar atmağa sövq etdi. Beləliklə, Cənubi Qafqaz legitim hökumət ollar və Osmanlı imperiyası ilə uyğun bir şəkildə danışıqlar apara bilərdi. 23 fevralda Tiflis şəhərində Seym adlı qanunverici orqan yaradıldı.

Seymin üzvlərini seçmək üçün heç bir seçki keçirilmədi, bunun əvəzinə Müəssislər Məclisinə keçirilmiş seçkilər əsas götürüldü. Daha çox üzvün qoşulmasına imkan yaratmaq üçün Müəssislər Məclisi üçün istifadə edilən seçki həddinin üçdə birinə endirildi. Bununla da, daha kiçik partiyaların təmsil olunmasına imkan verildi. Gürcü menşevik Nikolay Çxeidze baş katib olaraq elan edildi. Son nəticə olaraq Seym 10 partiyadan təşkil edildi. Bu partiyalardan üçü əsas partiya idi və hər biri əsas etnosu təmsil edirdi. Gürcülər və azərbaycanlıların hər birinin 30 nümayəndəsi, ermənilərin isə 27 nümayəndəsi var idi. Bolşeviklər Rusiya üçün (o cümlədən Zaqafqaziyada) yeganə qanuni hökumətin bolşeviklərin nəzarəti altında olan Xalq Komissarları Soveti (Rus abreviaturası - Sovnarkom) olduğunu iddia edərək Seymi boykot etdilər.

Elə ən əvvəldən Seym öz hakimiyyətini qura bilmək də çətinliklərlə üzləşdi. Fərqli etnik və siyasi quruluşa malik olan, hakimiyyətinin sərhədləri tam olaraq bəlli olmayan Seymdə həm daxildə, həm də xaric ilə münaqişə hakim idi. O, əsasən üç əsas etnik qrupun təmsil etdiyi milli şuralardan asılı idi və onların razılığı olmadan davam edə bilməzdi. Beləliklə, Osmanlının sülh danışıqlarını yeniləmək təklifi və Seymin yerləşdiyi Tiflisdə görüşmək istəyi rədd edildi, çünki Osmanlı nümayəndələrinin Tiflisə gəlməsi ilə Seymin daxilində baş verən fikir ayrılıqlarından xəbərdar olacaqlarını anlayırdılar. Bunun əvəzinə şimal-şərqi Anadolunun Trabzonuna getməyə razılaşdılar.

Brest-Litovsk sülh müqaviləsi