II Elizabet (bəzi Azərbaycandilli mənbələrdə II Yelizaveta) və ya Elizabet Aleksandra Mariya Vindzor (; ) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 14 dövlətin kraliçası (Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu, Yamayka). Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu. 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olmuşdur. Vindzorlar sülaləsinin nümayəndəsidir. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib.
Elizabet York hersoqu, gələcək Böyük Britaniya kralı VI Georqun (1895–1952) və ledi Elizabet Bouz-Layonun (1900–2002) böyük qızıdır. Onun baba və nənələri: ata tərəfdən Böyük Britaniya kralı V Georq (1865–1936) və kraliça Mariya Tek (1867–1953), ana tərəfədən Stratmor qrafı Klod Corc Bouz-Layon (1855–1944) və Sesiliya Bouz-Layondur (1883–1961). Əmisi VIII Eduard hakimiyyət iddiasından rəsmi əl çəkəndən və atası 1936-cı ilin dekabrında taxt-taca sahib olandan sonra 10 yaşlı Elizabet vəliəhd olur və valideynləri ilə birlikdə Kensinqtondan Bukingem sarayına köçür. Gələcək kraliça xoş əfval-ruhiyyəli atmosferdə böyüyüb. O, ailə şəraitində mükəmməl şəxsi təhsil alıb. Uşaqlıqdan hər şeylə maraqlanıb. Ən çox atlara maraq göstərib, bu maraq indi də qalmaqdadır.
İkinci dünya müharibəsində o könüllü kimi hərbi taksi sürücüsü işləyib. Çünki, kral ailəsi ölkənin müdafiəsində birbaşa iştirak etməli idi. 1947-ci ildə isə Elizabet Böyük Britaniya müstəmləkələrinə ilk səfərini edir. 13 yaşında Elizabet Dortmut hərbi-dəniz məktəbinin kadeti, kraliça Viktoriyanın kötücəsi, şahzadə Andrey Qreçeskinin oğlu Filip Mauntbettenlə tanış olur. 1947-ci ildə onunla ailə həyatı qurur və Filip Edinburq hersoqu titulunu alır. Onların dörd övladı vardır: şahzadə Çarlz, şahzadə Anna, şahzadə Endrü və şahzadə Eduard.
1949-ci ildə atası VI Georq yeni yaradılan Millətlər Birliyinin ilk sədri olur və ora daxil olan ölkələrin konstitusiyalı monarxı hesab edilir. Birlik Böyük Britaniyanın keçmiş müstəmləkərindən təşkil edilir və yeni müstəqil dövlətlərin azad ittifaqı elan olunur. Birliyə o dövrdə aşağıdakı dövlətlər daxil idi: Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika İttifaqı, Pakistan və Seylon. 6 fevral 1952-ci ildə Elizabet həyat yoldaşı ilə Keniyada olarkən, atası vəfat edir və o kraliça elan edilir. 1953-ci ildə o rəsmi şəkildə taxt-taca sahib olur və mərasim tarixdə birinci dəfə televiziya ilə translyasiya olunur. O eyni zamanda atasının yerinə Millətlər Birliyinin də sədri seçilir. Özünün 58 illik hakimiyyəti dövründə o müstəqillik qazandıqca Millətlər Birliyinə daxil olan 25 ölkənin dövlət başçısı olub. 1956-cı ildən 1992-ci ilədək onun başçısı olduğu dövlətlərin təqribən yarısı Birlik üzvü kimi qalsalar da respublika üsul-idarəsini seçdilər (məsələn, Cənubi Afrika, Pakistan, Şri-Lanka).
Kraliça Elizabet ancaq dövlət başçısı kimi təmsilçilik rolu oynasa da, öz şəxsi nüfuzu ilə ölkənin siyasətinə müəyyən qədər təsir edə bilir. Hakimiyyətinin ilk illərində hakim partiyada qəbul edilən lider olmayanda o baş nazirin kimliyi məsələsində də rol oynayırdı. Kraliça bütün baş nazirlərlə diplomatik münasibətlər saxlayır. Bununla belə, Marqaret Tetçerin hakimiyyəti dövründə onunla bir qədər gərgin münasibətləri var idi. Ona Tetçerin müəyyən qədər "kralsayağı" idarəetməsi xoş gəlmirdi. Onlar arasında hökumətin Cənubi Afrika Respublikasının o dövrdəki aparteid siyasətini müdafiə etməsi məsələsində fikir ayrılığı var idi. II Elizabet hesab edirdi ki, Tetçerin CAR rəhbərliyini müdafiə etməsi Böyük Britaniyanın bu siyasəti bəyənməyən Afrika ölkələrinə təsirini azalda bilər. Bütün bunlara baxmayaraq o həmişə siyasi çəkişmələrdən kənarda qalmağa üstünlük verir. 1992-ci il II Elizabet üçün ağır il oldu. Kraliçanın ailəsinin nüfuzuna şahzadə Çarlzın, şahzadə Annanın və şahzadə Endrünün ailələrindəki söz-söhbət və hər üçünün boşanma prosesləri ciddi təsir etdi. Həmçinin, böyük yanğın Vindzor sarayının bir hissəsini məhv etdi. Onun şahzadə Diananın 1997-ci ilin avqustunda faciəli ölümünə sakit yanaşması və beş gün milli matəm günlərində kral ailəsinin saraydan kənara çıxmaması britaniyalıların əksəriyyətinin xoşuna gəlmədi. Ailə ictimaiyyət qarşısına Diananın dəfnindən bir gün əvvəl çıxdı, ancaq bununla belə Britaniya mətbuatının kəskin tənqidinə məruz qaldı.
Buna baxmayaraq, Elizabetin ictimai rəydə nüfuzu yenə də böyükdür. Onun taxta çıxmasının gümüş və qızıl yubileyləri 1977-ci və 2002-ci illərdə həm Böyük Britaniyada, həm də dünyada təntənə ilə qeyd edilmişdir. Hal-hazırda onun 2012-ci ildəki 60 illik yubileyinə ciddi hazırlıq gedir. Onun aprel ayında anadan olmasına baxmayaraq ənənəyə uyğun olaraq geniş keçirilməsi üçün ilin yaxşı hava olan dövründə, iyun ayının üçüncü şənbə günü qeyd edilir.
Həyatı thumb|200px|right|Şahzadə Elizabet "The Times" jurnalının üz qabığında, 1929-ci il Elizabet kral VI Georqun ilk övladıdır. VI Georq isə kral V Georqun ikinci oğludur. Kraliça 21 aprel 1926-cı ildə Londonda, babasının 17 Bruton-strit ünvanında yerləşən evində anadan olub.Brandreth, p. 103; Pimlott, pp. 2–3; Lacey, pp. 75–76; Roberts, p. 74 29 may tarixində isə Bukingem sarayında yerləşən kiçik kilsədə arxiyepiskop Kosmo Lonq tərəfindən xaç suyuna salınıb.Hoey, p. 40 Onun xaç ataları ata tərəfdən baba və nənəsi, həmçinin xala, bibi, əmi və dayıları olmuşlar.Brandreth, p. 103 Uşaqlıqda onu Lilibet çağırırdılar.Pimlott, p. 12 1929-cu ildə kral V Georqun ağır xəstəliyi zamanı Elizabetin tez-tez onun yanına gəlməsi onun əfvalına xoş təsir edirdi.Pimlott, pp. 14–16
Elizabetin 1930-cu ildə anadan olan Marqaret adlı bacısı da vardı. İki bacı anasının və dayələri Marion Kroufordun sayəsində yaxşı ailə təhsili almışlar.Crawford, p. 26; Pimlott, p. 20; Shawcross, p. 21 1950-ci ildə onların dayələri Krouford "Kiçik şahzadələr" adlı xatirələr kitabı çap etdirdi. Kitabda kiçik Elizabetin atlara və itlərə məhəbbəti, onun davranışı, işə məsuliyyəti barədə danışılır. Kitabın dərci kral ailəsinin xoşuna gəlməmişdi.Brandreth, pp. 108–110 Elizabet haqqında müsbət fikirləri sonradan başqaları da söyləyirdi: Vinston Çörçil gələcək kraliçanı xarakterli və çevik uşaq kimi xarakterizə edirdi.Quoted in Brandreth, p. 105; Lacey, p. 81 and Shawcross, pp. 21–22 Əmisi qızı Marqaret Rods isə onun haqqında: "şən, ancaq ağıllı qız" fikrini bildirirdi.Quoted in Brandreth, pp. 105–106
Vəliəhd kimi thumb|250px|left|II Elizabet, baş nazir Vinston Çörçil və digər nazirlər (1950) O kral taxt-tacına ardıcıllığına görə üçüncü namizəd idi: əmisi VIII Eduard, atası Georq və o. Elizabet kral ailəsinin üzvü kimi cəmiyyətdə maraq doğursa da, o kraliça olmağı ağlına da gətirmirdi.Bond, p. 8; Lacey, p. 76; Pimlott, p. 3 1936-cı ildə onun babası, kral V Georq vəfat edir və əmisi VIII Eduard kral elan edilir.
Elizabet digər kişi vəliəhd olmadığından atasından sonra ikinci vəliəhd olur. Ancaq həmin il əmisi aristokrat nəslindən olmayan və boşanmış hersoqinya Uollis Simpsonla ailə qurmaq istədiyinə görə ölkədə Konstitusiya böhranı baş verir. Hökumətin və anqlikan kilsəsinin təkidli mövqeyindən sonra əmisi evliliyə üstünlük verərək taxt-tacdan imtina edir.Lacey, pp. 97–98 Elizabetin atası kral elan edilir, onun özü isə vəliəhd olaraq Ülyahəzrət Şahzadə Elizabet titulu alır.
Elizabet İton kollecinin vitse-rektor Henri Martendən konstitusiya tarixinə dair dərslər alır.Brandreth, p. 124; Crawford, p. 85; Lacey, p. 112; Pimlott, p. 51; Shawcross, p. 25 və dayəsi ilə danışmaq üçün fransız dili öyrənir.http://www.royal.gov.uk/HMTheQueen/Education/Overview.aspx|accessdate=31 Her Majesty The Queen: Education, Official website of the British Monarchy, May 2010}} Sonradan o xüsusi məktəbin tələbəsi olur. Bu məktəb məxsusi olaraq onun öz yaşıdları ilə təmasda olması üçün yaradılmışdı.Pimlott, p. 47
1939-cu ildə Elizabetin valideynləri Kanada və ABŞ-yə rəsmi səfər edirlər. Elizabet valideynlərinin 1927-ci ildə Avstraliya və Yeni Zelandiyaya etdiyi səfərdəki kimi Londonda qalır. Kral olan atası hesab edir ki, o səfərlər üçün hələ çox kiçikdir.Pimlott, p. 54 Elizabet valideynlərini göz yaşları ilə yola salmışdı.Pimlott, p. 55 Londonda qalan Elizabet valideynləri ilə yazışaraq əlaqə saxlayırdı. 18 may tarixində valideynləri onun üçün birinci kral transatlantik telefon xətti çəkdirirlər.
İkinci Dünya müharibəsi Elizabet kiçik bacısı Marqarita ilə birlikdə İkinci dünya müharibəsinin başlandığı 1939-cu ilin sentyabrından dekabrınadək Şotlandiyada qalır, oradan isə Norfolka köçür.Crawford, pp. 104–114; Pimlott, pp. 56–57 1940-cı ilin fevralından may ayınadək onlar Royal-Loc deyilən yerdə yaşayırlar. Londona geri qayıtmaqla düz beş il Vindzor sarayında yaşayırlar.Crawford, pp. 114–119; Pimlott, p. 57 Lord Duqlas Hoqqun "müharibə dövründə iki şahzadə xanımın Kanadada yaşaması" təklifinəPrincess Margaret: A Life of Contrasts, Warwick, Christopher, 2002, Carlton Publishing Group, London, 102 p. anaları Elizabet belə cavab vermişdi: "Uşaqlar mənsiz, mən isə kralsız heç bir yana getməyəcəyik. Kral isə buranı heç vaxt tərk etməyəcək."http://www.royal.gov.uk/HistoryoftheMonarchy/The%20House%20of%20Windsor%20from%201952/QueenElizabethTheQueenMother/ActivitiesasQueen.aspx Biography of HM Queen Elizabeth the Queen Mother: Activities as Queen, Official website of the British Monarchy, 28 July 2009 Şahzadələr Vindzorda qaldılar. Yeni il ərəfəsində isə pantomim teatr tamaşası təşkil edərək yığılan vəsaiti "kraliçanın hərbi geyimlər üçün yun yığan fond"una keçirdilər.Crawford, pp. 137–141 14 yaşlı Elizabet 13 oktyabr 1940-cı ildə BBC-nin 'Uşaq saatı verilişində çıxış edərək əskərlərə dəstək verdi.http://www.bbc.co.uk/archive/princesselizabeth/6600.shtml?all=1&id=6600 Archive:Children's Hour: Princess Elizabeth, BBC, 13 October 1940, 22 July 2009
1943-cü ildə 16 yaşlı Elizabet qvardiya polkuna səfəri zamanı özünün birinci böyük çıxışını edir. O bu hərbi hissəyə bir il əvvəl polkovnik vəzifəsinə təyin edilmişdi.http://www.royal.gov.uk/HMTheQueen/Publiclife/EarlyPublicLife/Earlypubliclife.aspx Official website of the British Monarchy, 20 April 2010
1945-ci ilin fevralında o 230 873 say altında ərazi qadın köməkçi xidmətinə qəbul edilir.London Gazette, 6 March, 1945, 5 June 2010 O sürücü və mexanik peşəsinə yiyələnir və hətta hərbi yük maşını da sürür. Sonradan o beş aylığa fəxri kiçik komandir təyin edilir.London Gazette, 31 July, 1945, 5 June 2010 O hal-hazırda İkinci dünya müharibəsində hərbi xidmətdə olmuş yeganə dövlət başçısıdır.http://www.nytimes.com/2009/05/28/world/europe/28queen.html Left Out of D-Day Events, Queen Elizabeth Is Fuming, The New York Times, 27 May 2009
Muharibə dövründə krala yaxın siyasi dairələrdə Elizabetin Uels regionu ilə sıx münasibətləri vasitəsi ilə Uels millətçiliyini zəiflətmək planları irəli sürülür.http://news.bbc.co.uk/1/hi/wales/4329001.stm Royal plans to beat nationalism, 8 March 2005, 15 June 2010
Elizabet 18 yaşına çatdıqda ona Uels şahzadəsi titulunu vermək təklifi irəli sürülür. Təklif o dövrün daxili işlər naziri Herbert Morrisona mənsub idi. Ancaq təklifə Elizabetin atası, VI Georq etiraz edir. O bildirir ki, bu titul hər zaman vəliəhd olan kişi şahzadələrin həyat yoldaşlarına verilir. Elizabet isə sadəcə vəliəhddir, Georqun isə hələ vəliəhd olacaq oğlu ola bilər.Pimlott, pp. 71–73