Hovard Endrü "Endi" Vilyams (; ) — əfsanəvi ABŞ pop müğənnisi və aktyoru. 18 Qızıl və 3 Platin albom yazdırmışdır. 1962–1971-ci illərdə öz televiziya şousunda aparıcı olmuşdur. Son illərində ABŞ-nin Missuri ştatının Brenson şəhərindəki "Moon River Theatre" adlı şəxsi teatrında çıxış edirdi.
Karyerasına "Vilyams qardaşları" kvartetinin heyətində başlamışdır. Bu kvartet 1944-cü ildə Binq Krosbinin ən məşhur mahnılarından olan "Swinging on a Star" mahnısının yazılmasında iştirak etmişdir. 1952-ci ildən solo çıxış edir. 1956-cı ildə "Canadian Sunset" adlı mahnısı ilə ilk dəfə Billboard Hot 100-ün ilk onluğuna düşə bilmiş, növbəti il isə Elvis Preslinin stilinə bənzər tərzdə oxuduğu "Butterfly" mahnısı ilə birinci yerə qalxmışdır.
Erkən həyat Williams, Iowa ştatının Wall Lake şəhərində , sığorta və poçtda işləyən Florensiya (doğma Finley) və Jay Emerson Williamsda anadan olmuşdur. Williams Ohayo ştatının Cheviot şəhərində yaşayarkən, Ohayo ştatının Cincinnati şəhərindəki Western Hills Liseyində oxuyurdu. Ailəsi Kaliforniyaya köçdüyü üçün orta məktəbi West Los Angeles Universitet Universitetində bitirdi.
1960-cı illərdə öz televiziya şousunda aparıcılıq etməyə başladı və gənclər üçün bəstələdiyi mahnılardan daha yaşlı təbəqə üçün mahnılara keçid etdi. Onun karyerasının zirvəsi 1971-ci il hesab oluna bilər. Belə ki, həmin il o, "Xaç atası" filmi üçün yazılmış "Speak Softly Love" mahnısını ifa etmiş və özünün vizit kartı hesab oluna biləcək "Where Do I Begin" mahnısını yazdırmışdır.
1975-ci ildə Vilyams 14 illik ailə həyatından sonra birinci həyat yoldaşı Klodin Lonjedən ayrıldı. 1991-ci ildə o Debbi Meyerlə ailə qurdu. Birinci evliliyindən üç oğlu var.
Ölümü 2011-ci ilin noyabrında öz teatrına gələn Endi Vilyams sidik kisəsi xərçəngi diaqnozu ilə müalicə olunduğunu təsdiq etdi. Texasın Hyuston şəhərində kimyaterapiya keçdikdən sonra Los-Ancelesdəki xərçəng xəstəliyi mütəxəssislərinə yaxın olmaq üçün həyat yoldaşı Debbi ilə Kaliforniyanın Malibu şəhərində kirayə tutduqları evə köçdülər. Vilyams teatrı 2012-ci ilin iyulunda elan etdi ki, Endi Vilyams müalicədən sonra Brensona qayıdıb və özünü xoş əhval-ruhiyyədə və gün keçdikcə daha gümrah hiss edir və sentyabr ayına nəzərdə tutulmuş konsertlərdə səhnəyə çıxacağına ümid edir.
25 sentyabr 2012-ci ildə Vilyams 84 yaşında vəfat etdi.
Diskoqrafiya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:ABŞ presviterianları Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Polydor Records artistləri Kateqoriya:Sidik kisəsi xərçəngindən ölənlər Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ-nin Roma katolikləri