Xındırıstan bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.
Tarixi 07.12.1999-cu il tarxili 771-IQ nömrəli Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsində nəzərdə tutulmuş 8 bələdiyyədən biri "Ağdam rayonunun Xındırıstan bələdiyyəsi" olub.
12.10.2000-ci il tarixli 10 №-li Protokolun müvafiq Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib, həmin Nizamnamə 22.08.2024-cü il tarixli 09 №-li Protokolun 3-cü Qərarı ilə ləğv edilib.
18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
2003 - 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi vasitəsi ilə həyata keçirib.
01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin "2. Ağdam rayonu bölməsində: "3) 6-cı sırada "Xındırıstan bələdiyyəsi" sözlərinin qarşısındakı "və Sarıçoban kəndləri" sözləri ", Sarıçoban kəndləri və Qasımbəyli qəsəbəsi" sözləri ilə;" əvəz edilib.
2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
22.08.2024-cü il tarixli 09 №-li Protokolun 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul edilib.
07.04.2025-ci il tarixındə Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurasının 1 №-li iclas Protokolunun müvafiq Qərara əsasən Ağdam rayonunun Xındırıstan bələdiyyəsinin sədri Şuranın sədri seçilib, Şura öz fəaliyyətini Xındırıstan kəndində davam edir.
07.04.2026-cı il tarixli 10 №-li Protokolun 2-ci Qərarı ilə Bələdiyyənin ilk dəfə Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən tədbirlərdə geniş müzakirə olunub . Bu Reqlamentə dəyişikliklər aşağıkı protokollarla edilib: 02.09.2026-cı il tarixli 25 №-li Protokolun 9-cu Qərarı.
02.09.2026-ci il tarixli 25 №-li Protokolun aşağıdakı qərarları ilə Bələdiyyənin aşağıdakı daxili tənzimləmə (təşkilati) aktları təsdiq olunub:
"Vergi Xidməti Orqanı haqqında" Əsasnamə - 2-ci Qərarla təsdiq edilib. Sənəd Vergi xidmət orqanın təşkilinə, vəzifəli şəxslərin təyinatına, onların səlahiyyətlərinin həyata keçirilməsi prosedurlarına həsr olunub. Bu əsasənamənin layihəsi “Bələdiyyələrin vergi xidməti orqanının səlahiyyətləri” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 08.06.2026-cı il tarixində keçirilən tədbirdə geniş müzakirə olunub ; Bələdiyyə qurumlarında vətəndaş qəbulu Qaydaları - 3-cü Qərarla təsdiq edilib. Bu Qaydalar “Bələdiyyələrdə vətəndaş qəbulunun planlaşdırılması, təşkili, keçirilməsi və rəsmiləşdirilməsi” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 16.09.2026-cı il tarixlində keçirilən videoseminarda geniş müzakirə edilib ; "Bələdiyyə binasının xüsusi lövhələri haqqında" Təlimat - 4-cü Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyə binasının çölündə və içərisində xüsusi lövhənin tərtibatı, yerləşdirilməsi və yenilənməsi, Xüsusi lövhədə informasiyanın yerləşdirilməsi və yenilənməsi, əhali üçün elanların verilməsi və məlumatların açıqlanması ilə bağlı münasibətlər tənzimlənib; Bələdiyyənin korrupsiya əleyhinə Qaydaları - 5.1-ci Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyə nüfuzunun qorunması, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması, yaxın qohumların birgə işləməsinə yol verilməməsi, korrupsiya şübhəsinin bildirilməsi, Etik Nəzarətçinin fəaliyyəti, korrupsiya şübhəsinin qeydə alınması və araşdırılması və məlumatverənin müdafiəsi ilə bağlı münasibətlər tənzimlənib. Bu Qaydalar "Bələdiyyələrdə korrupsiya əleyhinə Qaydaların tətbiqi" mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 21.09.2026-cı il tarixlində keçirilən videoseminarda geniş müzakirə edilib ; Bələdiyyənin müqavilə Qaydaları - 6-cı Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyənin bağladığı müqavilələrin daxili nümunəvi formanın hazırlanması və təsdiqi, ona dəyişiklik, formadan kənaraçıxma, müqavilələrin hüquqi və maliyyə-mühasibatlıq ekspertizası, ekspertiza nəticələrinin rəsmiləşdirilməsi, müqavilənin Bələdiyyə iclasında müzakirəsi və təqdim edilməsi məsələləri ilə bağlı münasibətlər tənzimlənib; Bələdiyyənin elektron informasiya təhlüksizliyi Təlimatı - 8-ci Qərarı ilə təsdiq edilib. Bələdiyyədə elektron infotəhlükəsizliyin təşkili, təmin edildiyi təqdirdə Xidməti rabitə vasitələrindən istifadə zamanı elektron infotəhlükəsizlik, Xidməti İKT avadanlığından istifadə zamanı elektron infotəhlükəsizlik, Bələdiyyədaxili İKT şəbəkəsindən, internetdən və sosial şəbəkələrdən istifadə zamanı elektron infotəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı digər münasibətlər tənzimlənib.
Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Ağdamın Xındırıstan kəndidir.
Bələdiyyənin ünvanı: Xındırıstan kəndi, Ağdam Rayon İcra hakimiyyətinin Xındırıstan kənd İƏD üzrə nümayəndəliyinin binası.
Bu Bələdiyyənin ərazisinə aşağıkılar aiddir: Bələdiyyənin tam adıVÖENBələdiyyə ödəyiciləri üçün vergi koduBələdiyyənin statistik koduƏrazisi (km²) İnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduAğdam rayonunun Xındırıstan bələdiyyəsi320001145132066092100733,34Xındırıstan kənd iəd60921005Xındırıstan kəndi60921018Bəybabalar kəndi60921098Birinci Yüzbaşılı kəndi60921068İkinci Yüzbaşılı kəndi60921078Baharlı kəndi60921088Dadaşlı kəndi60921048Kəlbəhüseynli kəndi60921038Paşabəyli kəndi60921058Sarıçoban kəndi60921028Qasımbəyli qəsəbə iəd60948005Qasımbəyli qəsəbəsi60948016
Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar 2024-cü il üçün bu Bələdiyyə öz gəlirlərinə görə Ağdamın ən zəngin bələdiyyəsi olub.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
"Bələdiyyə qulluğu haqqında" Qanuna uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.
Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasın 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1706 ev təsərrüfatı fəaliyyət göstərməklə, 7018 nəfər yaşayır.
İstinadlar
Kateqoriya:Ağdam rayonunun bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr