Əfətli bələdiyyəsi — Azərbaycanın Ağdam rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.
Tarixi 07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsinə əsasən yaradılmış 8 bələdiyyədən biri də Ağdam rayonunun Əfətli bələdiyyəsidir.
10.05.2000-ci il tarixli 05 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib, 22.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə isə həmin Nizamnamə ləğv edilib.
18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
2003 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi həyata keçirib.
29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla Ağdam bələdiyyələrində dəyişikliklər edilib: "Əfətli bələdiyyəsinin əhatə etdiyi Hacıturalı, Həsənxanlı və Qəhrəmanbəyli kəndlərində Hacıturalı bələdiyyəsi yaradılıb."
2020–2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla dəyişikliklər edilib: "7.3. Əfətli və Hacıturalı bələdiyyələrinin əhatə etdiyi Əfətli, Hacıməmmədli, Hacıturalı, Həsənxanlı, İsalar, Küdürlü, Qəhrəmanbəyli və Məmmədbağırlı kəndlərində Əfətli bələdiyyəsi yenidən təşkil edilib."
22.04.2025-ci il tarixli 04 №-li Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi təsdiq edilib.
17.06.2026-ci il tarixli 13 №-li Protokolunun 2-ci Qərarı ilə Bələdiyyənin ilk dəfə Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən tədbirlərdə geniş müzakirə olunub . Bu Reqlamentə dəyişikliklər aşağıkı protokollarla edilib: 11.09.2026-cı il tarixli 20 №-li Protokolun 8-cı Qərarı.
11.09.2026-ci il tarixli 20 №-li Protokolunun aşağıdakı qərarları ilə Bələdiyyənin aşağıdakı daxili tənzimləmə (təşkilati) aktları təsdiq olunub:
"Vergi Xidməti Orqanı haqqında" Əsasnamə - 2.1-ci Qərarla təsdiq edilib. Sənəd Vergi xidmət orqanın təşkilinə, vəzifəli şəxslərin təyinatına, onların səlahiyyətlərinin həyata keçirilməsi prosedurlarına həsr olunub. Bu əsasənamənin layihəsi “Bələdiyyələrin vergi xidməti orqanının səlahiyyətləri” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 08.06.2026-cı il tarixində keçirilən tədbirdə geniş müzakirə olunub ; Bələdiyyə qurumlarında vətəndaş qəbulu Qaydaları - 3-cü Qərarla təsdiq edilib. Bu Qaydalar “Bələdiyyələrdə vətəndaş qəbulunun planlaşdırılması, təşkili, keçirilməsi və rəsmiləşdirilməsi” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 16.09.2026-cı il tarixlində keçirilən videoseminarda geniş müzakirə edilib ; "Bələdiyyə binasının xüsusi lövhələri haqqında" Təlimat - 4-cü Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyə binasının çölündə və içərisində xüsusi lövhənin tərtibatı, yerləşdirilməsi və yenilənməsi, Xüsusi lövhədə informasiyanın yerləşdirilməsi və yenilənməsi, əhali üçün elanların verilməsi və məlumatların açıqlanması ilə bağlı münasibətlər tənzimlənib; Bələdiyyənin korrupsiya əleyhinə Qaydaları - 5.1-ci Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyə nüfuzunun qorunması, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması, yaxın qohumların birgə işləməsinə yol verilməməsi, korrupsiya şübhəsinin bildirilməsi, Etik Nəzarətçinin fəaliyyəti, korrupsiya şübhəsinin qeydə alınması və araşdırılması və məlumatverənin müdafiəsi ilə bağlı münasibətlər tənzimlənib. Bu Qaydalar "Bələdiyyələrdə korrupsiya əleyhinə Qaydaların tətbiqi" mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 21.09.2026-cı il tarixlində keçirilən videoseminarda geniş müzakirə edilib ; Bələdiyyənin müqavilə Qaydaları - 6-cı Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyənin bağladığı müqavilələrin daxili nümunəvi formanın hazırlanması və təsdiqi, ona dəyişiklik, formadan kənaraçıxma, müqavilələrin hüquqi və maliyyə-mühasibatlıq ekspertizası, ekspertiza nəticələrinin rəsmiləşdirilməsi, müqavilənin Bələdiyyə iclasında müzakirəsi və təqdim edilməsi məsələləri ilə bağlı münasibətlər tənzimlənib; Bələdiyyənin elektron informasiya təhlüksizliyi Təlimatı - 7-ci Qərarı ilə təsdiq edilib. Bələdiyyədə elektron infotəhlükəsizliyin təşkili, təmin edildiyi təqdirdə Xidməti rabitə vasitələrindən istifadə zamanı elektron infotəhlükəsizlik, Xidməti İKT avadanlığından istifadə zamanı elektron infotəhlükəsizlik, Bələdiyyədaxili İKT şəbəkəsindən, internetdən və sosial şəbəkələrdən istifadə zamanı elektron infotəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı digər münasibətlər tənzimlənib.
Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Ağdamın Əfətli kəndindədir.
Bələdiyyənin ünvanı: Əfətli kəndi, Ağdam Rayon İcra hakimiyyətinin Əfətli kənd İƏD üzrə nümayəndəliyinin binası.
Bu Bələdiyyənin ərazisinə aşağıkılar aiddir: Bələdiyyənin tam adıVÖENBələdiyyə ödəyiciləri üçün vergi koduBələdiyyənin statistik koduƏrazisi (km²)İnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduAğdam rayonunun Əfətli bələdiyyəsi320003319132036090300728,2Əfətli kənd iəd60903005Əfətli kəndi60903018Hacıməmmədli kəndi60903068İsalar kəndi60903038Küdürlü kəndi60903048Hacıturallı kəndi60903028Həsənxanlı kəndi60903058Qəhrəmanbəyli kəndi60903078Məmmədbağırlı kəndi60903088
Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.
Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.
Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasın 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1061 ev təsərrüfatı fəaliyyət göstərməklə, 4658 nəfər yaşayır.
İstinadlar
Kateqoriya:Ağdam rayonunun bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr