Çingiz Akif oğlu Abdullayev () — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi (müavini), hüquq elmləri doktoru (1991).
Həyatı Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.Xalq yazıçısı Çingiz Abdullayev — 60. AMEA Mərkəzi Elmi Kitabxanasanın rəsmi saytı (08.04.2019).. Çingiz Abdullayevin dördüncü nəsil hüquqşünaslar nəslindəndir. Ata tərəfdən onun ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976–1981)
2024-cü il 13 aprel tarixində reanimasiyaya yerləşdirilib.
Fəaliyyəti Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984–1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H. Z. Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 200-dən çox kitabın müəllifidir. Kitabları dünyanın 32 dilinə tərcümə olunaraq nəşr olunmuşdur. Xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.Çingiz Abdullayev İnterpolun fəxri səfiri oldu . sabahinfo.az, 10.11.2014.
31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.
Çingiz Abdullayev 30 sentyabr 2022-ci ildə keçirilən AYB-nin XIII qurultayında ona sual verən bir jurnalisti təhqir edib və o, buna görə sərt şəkildə tənqid edilib.
Yaradıcılığı
Çingiz Abdullayev yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazırАббасова У. В. Жанр политического детектива в творчестве Чингиза Абдуллаева. — РЕМА. Московский педагогический государственный университет, 2010 № 4. — С. 5–9.. Ədəbi fəaliyyət bir neçə lirik hekayə ilə, o cümlədən "Vals" (1981) və "Bir tikə çörək" (1981–1982) ilə başlamışdırСамира Мир-Багирова. Детективный жанр в азербайджанской литературе в контексте мировой литературы. — Баку: BSU, 2002.. Yazıçının ilk böyük əsəri — "Mavi mələklər" romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya — "Əclafların qanunu", "Əclafların əqidəsi" və "Əclafların vicdanı" nəşr olundu.
Çingiz Abdullayevin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb.
Əsərlərin xaricdə nəşri
Avropa 2000-ci ildə İsveçin "Tresselit" ("Tresselit") nəşriyyatı Abdullayevin "Qaranlıq simfoniyası" romanını nəşr etdirmişdir.
2004-cü ildə Rumıniyada "Paidea" nəşriyyatı tərəfindən 5000 nüsxə tirajla"Dronqo"romanı, 2009-cu ildə isə "Günəş altında qaranlıq" romanı nəşr olunub. Tərcüməçi professor Dumitru Balandır. Çingiz Abdullayevin Estoniyada dörd kitabı nəşr olunmuşdur — Mənim gözəl alibim (2008), Kabuslar tuneli (2008), Demək olar ki, inanılmaz qətl (2010), Öz dünyanı yarat (2010).
Çingiz Abdullayevin üç romanı – "İdeal hədəf", "Bütlərin yükü" və "Öldürməyə öyrədilmiş" romanları Fransanın "L’Aube" ("L’aube"; "Sübh") nəşriyyatında çap olunmuşdur (2012–2015)."İdeal Hədəf" romanı daha əvvəl fransız dilində nəşr olunmuşdu..
2015-ci ildən Latviyanın "Juvetas" nəşriyyatı Çingiz Abdullayevin bir sıra romanlarını nəşr etmişdir – "Bütlərin yükü" (2015), "Tənha ürəklərin evi" (2015), "Tərsinə çevrilmiş reallıq" (2016), "Qurban sindromu" (2016), "Alliqator xətti " (2017), "Həvəskarların arzusu". 2003-cü ildə "AVE" nəşriyyatı müəllifin daha iki kitabını latış dilində nəşr etdi — "Minillikdə bir dəfə " və "İcazə verilən səhv".
"Avropanın ələhidarları" romanı 2015-ci ildə Bosniya və Herseqovinada nəşr olunubДве книги Чингиза Абдуллаева изданы на латышском и сербско-хорватском языках — ФОТО.
Xaricdə nəşr olunan digər romanlar arasında İngilis Bulvarı (Serbiya, 2019), Transilvaniyaya Səyahət (Polşa, 2016), Oliqarxın Varisi (Albaniya, 2006), Əfsanə hüququ (Ukrayna, 2010).
Bolqarıstanda 1996-cı ildə "Herodun kölgəsi", 2005-ci ildə "Adında şər" və "Adında xəyanət" romanları çap olunub.
Yazıçının əsərləri toplu və jurnallarda rumın, belarus, macar və alman dillərində çap olunub.
Təltifləri Azərbaycan Respublikasının xalq yazıçısı — 12 iyul 2005; "Qırmızı əmək bayrağı" ordeni; "Şöhrət" ordeni — 7 aprel 2009; Xarici İşlər Nazirliyinin medalı (Azərbaycan); Yusif Məmədəliyev adına qızıl medal (Azərbaycan); Belarus Yazıçılar İttifaqının medalı (2014); "Şərəf" ordeni (9 aprel 2019); "Dostluq" ordeni (Rusiya) — 19 may 2020. "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 7 fevral 2024
Filmoqrafiya Əsər müəllifi kimi Dronqo (serial, 2002) (bədii serial) (Rusiya) Məhkumlar (film, 2006) (tammetrajlı bədii film)
Ssenari müəllifi kimi Dronqo (serial, 2002) (bədii serial) (Rusiya) Məhkumlar (film, 2006) (tammetrajlı bədii film) Tərsinə çevrilən dünya (film, 2011) (tammetrajlı bədii film) Xeyirlə şərin rəqsi (film, 2015) (tammetrajlı bədii film)
Məsləhətçi kimi 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film)
Prodüser kimi Adın sirri və tale. Qurban Səid (film, 2010)
İstinadlar
Xarici keçidlər
Çingiz Abdullayev Çingiz Abdullayevin bioqrafiyası (rusca) Çingiz Abdullayevin əsərləri (rusca) A spy in from the cold, sort of Sərt Məntiq Səadət Məmmədova ilə: Çingiz Abdullayev
Kateqoriya:Çingiz Abdullayev Kateqoriya:Detektiv yazıçıları Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:"Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin sədr müavinləri Kateqoriya:Bakı Avrasiya Universitetinin fəxri doktorları Kateqoriya:XXI əsr Azərbaycan yazıçıları Kateqoriya:XX əsr Azərbaycan yazıçıları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ hüquqşünasları Kateqoriya:Bakı yazıçıları Kateqoriya:SSRİ publisistləri Kateqoriya:Azərbaycan publisistləri