Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Füzuli şəhəridir.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Ayıdağ (Azərbaycan), Xəzər dağı Məngələnata dağı yerləşir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Aşağı Köndələnçay su anbarı Köndələnçay üzərindədir.
2020-ci ilə qədər rayonun 1993–94-cü illərdə işğaldan azad olunmuş ərazilərində 13 qəsəbə və 24 kənd mövcud olub. Qəsəbələrdən 12-si ("Qayıdış" qəsəbələri) ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. 2021-ə qədər ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.
İnzibati quruluşu
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kollegiyasının 2024-cü il 16 fevral tarixli 2/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI"na əsasən
Qanunvericilikdə və dövlət statistika məlumatlarında Füzuli rayonunda 2 şəhər inzibati əraiz dairəsi, 16 qəsəbə inzibati əraiz dairəsi və 27 kənd inzibati ərazi dairəsi barədə bilgilər var. Bu məlumatlara inzibati ərazi vahidi kimi, 2 şəhər, 16 qəsəbə və 80 kənd, cəmi 98 vahid aiddir. S/Sİnzibati ərazi dairəsiİnzibati ərazi vahidi1.Füzuli şəhər iədFüzuli şəhəri2.Horadiz şəhər iədHoradiz şəhəri3.Horadiz kənd iədHoradiz kəndi
Dördçinar kəndi
Hüngütlü kəndi4.Alxanlı kənd iədAlxanlı kəndi5.Arayatlı kənd iədArayatlı kəndi
Babı kəndi
Mollaməhərrəmli kəndi6.Aşağı Seyidəhmədli kənd iədAşağı Seyidəhmədli kəndi
Şükürbəyli kəndi7.Aybasanlı kənd iədYuxarı Aybasanlı kəndi
Şəkərcik kəndi
Şıxlı kəndi8.Böyük Bəhmənli kənd iədBöyük Bəhmənli kəndi9.Bala Bəhmənli kənd iədBala Bəhmənli kəndi
Araz Dilağarda kəndi
Araz Zərgər kəndi
Birinci Mahmudlu kəndi10.Cuvarlı kənd iədCuvarlı kəndi
Çimən kəndi
Xələfşə kəndi11.Dədəli kənd iədDədəli kəndi
İşıqlı kəndi
Qarğabazar kəndi
Yal Pirəhmədli kəndi12.Dilağarda kənd iədDilağarda kəndi
Dördlər kəndi
Qobu Dilağarda kəndi13.Birinci Zobucuq qəsəbə iədBirinci Zobucuq qəsəbəsi14.İkinci Zobucuq qəsəbə iədİkinci Zobucuq qəsəbəsi15.Üçüncü Zobucuq qəsəbə iədÜçüncü Zobucuq qəsəbəsi16.Dördüncü Zobucuq qəsəbə iədDördüncü Zobucuq qəsəbəsi17.Beşinci Zobucuq qəsəbə iədBeşinci Zobucuq qəsəbəsi18.Dövlətyarlı kənd iədDövlətyarlı kəndi
Qərvənd kəndi
Qıyıqçı kəndi
Qızıl Qışlaq kəndi
Zərgər kəndi19.Əbdürrəhmanlı kənd iədYuxarı Əbdurrəhmanlı kəndi
Aşağı Əbdürrəhmanlı kəndi
Kürdlər kəndi20.Əhmədalılar kənd iədƏhmədalılar kəndi
Qazaxlar kəndi
Mirzənağılı kəndi21.Əhmədbəyli kənd iədƏhmədbəyli kəndi
İkinci Mahmudlu kəndi
Qarabağ kəndi
Murtuzalılar kəndi22.Gecəgözlü kənd iədGecəgözlü kəndi
Üçüncü Mahmudlu kəndi23.Kərimbəyli kənd iədKərimbəyli kəndi
Aşağı Yağlıvənd kəndi24.Kürdmahmudlu kənd iədYuxarı Kürdmahmudlu kəndi
Aşağı Kürdmahmudlu kəndi25.Qacar kənd iədQacar kəndi
Divanalılar kəndi26.Qaraxanbəyli kənd iədQaraxanbəyli kəndi
Merdinli kəndi27.Qarakollu kənd iədQarakollu kəndi
Gorazıllı kəndi
Xatınbulaq kəndi
Qaradağlı kəndi
Saracıq kəndi
Yuxarı Güzlək kəndi
Yuxarı Rəfədinli kəndi28.Qoçəhmədli kənd iədQoçəhmədli kəndi
Arış kəndi
Mollavəli kəndi
Sərdarlı kəndi29.Mirzəcamallı kənd iədMirzəcamallı kəndi
Ələsgərli kəndi
Hüseynbəyli kəndi
Seyidmahmudlu kəndi30.Pirəhmədli kənd iədPirəhmədli kəndi
Aşağı Güzlək kəndi
Aşağı Rəfədinli kəndi
Mandılı kəndi
Musabəyli kəndi31.Üçbulaq kənd iədÜçbulaq kəndi
Govşatlı kəndi
Şıxımlı kəndi32.Veysəlli kənd iədAşağı Veysəlli kəndi33.Yuxarı Seyidəhmədli kənd iədYuxarı Seyidəhmədli kəndi
Qorqan kəndi34.Yuxarı Yağlıvənd kənd iədYuxarı Yağlıvənd kəndi
Qaraməmmədli kəndi35.1 №-li Qayıdış qəsəbə iəd1 №-li Qayıdış qəsəbəsi36.2 №-li Qayıdış qəsəbə iəd2 №-li Qayıdış qəsəbəsi37.3 №-li Qayıdış qəsəbə iəd3 №-li Qayıdış qəsəbəsi38.4 №-li Qayıdış qəsəbə iəd4 №-li Qayıdış qəsəbəsi39.5 №-li Qayıdış qəsəbə iəd5 №-li Qayıdış qəsəbəsi40.6 №-li Qayıdış qəsəbə iəd6 №-li Qayıdış qəsəbəsi41.7 №-li Qayıdış qəsəbə iəd7 №-li Qayıdış qəsəbəsi42.8 №-li Qayıdış qəsəbə iəd8 №-li Qayıdış qəsəbəsi43.9 №-li Qayıdış qəsəbə iəd9 №-li Qayıdış qəsəbəsi44.10 №-li Qayıdış qəsəbə iəd10 №-li Qayıdış qəsəbəsi45.11 №-li Qayıdış qəsəbə iəd11 №-li Qayıdış qəsəbəsi 300px|thumb|right|Füzuli rayonunun xəritəsi
Tarix
Bölgə inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10 yaradılmışİltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı — Mütərcim — 2013 və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.
1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal — Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII–XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.
Qarabağ Müharibələri dövrü
1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Birinci Qarabağ müharibəsində 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir. 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovuldu. Lakin Azərbaycan ordusunun 1994-cü ilin dekabr ayında başlatdığı Horadiz əməliyyatı nəticəsində işğal olunmuş 21 kənd: Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. 1995–1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə 40.000 dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, 3 oktyabrda Aşağı Əbdürrəhmanlı, 9 oktyabr-da Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr-da Xatınbulaq, Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr-da da Arış kəndi işğaldan azad edilib. 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Davam edən əməliyyatlar nəticəsində 20 oktyabr-da Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, 21 oktyabr-da Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, 22 oktyabrda Yuxarı Rəfədinli, 23 oktyabrda Aşağı Rəfədinli, 28 oktyabr-da Mandılı, 07 noyabr-da Ağbaşlı, Aşağı Güzlək, Yuxarı Veysəlli, Dördlər, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar və Divanalılar, 27 oktyabrda Mollavəli, 09 noyabr-da Dövlətyarlı, Govşatlı, Hüngütlü, Qıyıqçı, Qızıl Qışlaq, Xələfşə, Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Hüseynbəyli, Qaraməmmədli, Merdinli, Mirzəcamallı, Seyid Mahmudlu, Saracıq, Sərdarlı, Şəkərcik, Şıxımlı, Şıxlı, Üçbulaq və Ələsgərli kəndləri Azərbaycan Silahlı qüvvələri tərəfindən Ermənistanın işğalından azad olunmuşdur.
Hal-hazırda işğaldan azad olunmuş torpaqlarda əhali öz doğma torpaqlarına qayıtmışdır. Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi Füzuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur. Rayon üçün digər bir problem işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Atəşkəs razılaşması imzalandıqdan sonra Füzuli rayonu ərazisinin minalardan təmizlənməsi işlərinə başlanılıb.
Ehtimal olunur ki, hazırda 2011-ci ilin ortalarına olan məlumata görə Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində — 9 milyon metr² ərazidə partlamamış hərbi sursat var.
Füzuli rayon mədəniyyət və turizm şöbəsi rayon ərazisinin erməni işğalından sonra fəaliyyətlərini Bakı şəhərində və rayonun işğaldan azad edilmiş ərazilərində bərpa etmişdir. Rayon tarix-diyarşünaslıq muzeyi, Bünyad Sərdərovun ev muzeyi, iki uşaq incəsənət və 5 uşaq musiqi məktəblərinin Bakı şəhərində, 1 muzey filialı, mərkəzləşdirilmiş kitabxana sisteminin və onun 33 filialinin, 14 kənd mədəniyyət evinin, 7 klub müəssisəsinin, 5 uşaq musiqi məktəblərinin fəaliyyətləri rayon ərazisində bərpa edilmişdir.
Rayon mərkəzi kitabxanasında və onun filiallarında tədbirlər planına uyğun olaraq əlamətdar günlərlə bağlı yüksək səviyyədə tədbirlər-sərgilər, güşələr, stendlər, görüşlər təşkil edilmişdir. Xüsusilə ziyalılarla görüşlər, kitab müzakirələri, vətənpərvərlik mövzusunda diskusiyalar, sual-cavab gecələri böyük maraq doğurmuşdur.
Füzuli Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 2012-ci il Füzuli rayonunda "kitabxana ili" elan olunmuşdur. Mərkəzi kitabxana sisteminə lazım olan qədər kompüter dəstləri alınmış, səyyar telefonlar vasitəsilə internetə qoşulmuş, internet saytı açılmış, elektron katoloq yaradılmış və xeyli sayda elektron ədəbiyyatlar alınmışdır.
Rayon MKS-nin kitab fondu bu ilin əvvəlinə: 33430 nüsxə, o cümlədən latın qrafikalı: 32237 nüsxədir, oxucuların sayı 6683 nəfər, kitab dövriyyəsi isə 40303 nüsxə olmuşdur.
Rayon Tarix-diyarşünaslıq muzeyinin Bala Bəhmənli kənd filialı rayon ərazisində fəaliyyət göstərən orta məktəblərdə bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirmişdir. Bundan başqa məktəblilərin muzeyə cəlb olunması sahəsində fəal iş aparılır.
Rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhər Mədəniyyət evinin binası yenidən qurulmuşdur. Heydər Əliyev Mərkəzi tikilmiş və mərkəzdəki kitabxanada elektron kataloq yaradılmış, elektron ədəbiyyatlar alınmış, mərkəzdə kompüter kurslarının keçirilməsi üçün bütün işlər görülmüşdür. Mərkəzdə internet şəbəkəsi yaradılmışdır. Mərkəz yeni salınmış Heydər Əliyev Parkında yerləşir. Parkda min ədəddən artıq bəzək və gül ağacları əkilmiş, insanların rahat dincəlmələri üçün bütün şərait yaradılmışdır.