Arşın mal alan filmi rejissor Tofiq TağızadəGözəl Azərbaycan filmlərinin müəllifi...: “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Dədə-Qorqud”: [kinorejissor Tofiq Tağızadə haqqında] //Azadlıq.- 2011.- 11 noyabr.- S.14. tərəfindən 1965-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsən Məmmədov, Leyla Şıxlinskaya, Ağadadaş Qurbanov, Nəcibə Məlikova, Hacımurad Yegizarov, Xuraman Hacıyeva, Tələt Rəhmanov və Səfurə İbrahimova ifa edirlər.
Məzmun Bakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər (Həsən Məmmədov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (Hacımurad Yegizarov) onun köməyinə gəlir
Film haqqında Film bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında ekranlaşdırılmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 57 Bu film eyniadlı əsərin milli kino tariximizdə 3-cü ekranlaşdırmasıdır.
Festival və mükafat Film 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalında Ən yaxşı musiqili filmə görə Gürcüstan SSR Bəstəkarlar İttifaqının prizinə layiq görülmüşdür.
Filmin üzərində işləyənlər Əsərin müəllifi : Üzeyir Hacıbəyov Ssenari müəllifi : Tofiq Tağızadə, Muxtar Dadaşov Quruluşçu rejissor : Tofiq Tağızadə Quruluşçu operator : İlya Minkovetski Quruluşçu rəssam : Elbəy Rzaquliyev Bəstəkar : Üzeyir Hacıbəyov Geyim rəssamı : N. Əbdürrəhmanov Musiqi redaktoru : Fikrət Əmirov Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Məmməd Əlili Operator : A. Şatunovski Redaktor : Ədhəm Qulubəyov, İshaq İbrahimov Rəqslərin Quruluşçu : Əminə Dilbazi, Böyükağa Məmmədov, T. İzrailov Mahnıları İfa edir : Rauf Atakişiyev, Z. Quliyeva, Sona Aslanova(S. Aslanova kimi), K. Əzimov, Firudin Mehdiyev, Şəfiqə Qasımova(Ş. Qasımova kimi), R. Mahmudov, S. Həsənova Qrim rəssamı : Y. Belyanskaya Qrim edən : V. Arapov Montaj edən : Tamara Nərimanbəyova Rejissor assistenti : Elmira Əliyeva, A. Vəkilov, Murad Məlikov Operator assistenti : V. Həsənov, Robert Silonyan, Fikrət Əsgərov Dekorator : T. Abdullazadə, Fikrət Bağırov Assistent : T. Məlikzadə Filmin direktoru : S. Bayazov, Daniil Yevdayev Çalır : Kinematoqrafiya İdarəsinin Simfonik Orkestri və Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Musiqi Hissəsinin Rəhbəri və Dirijor : Nazim Rzayev (II) Fotoqraf-rəssam : Pərviz Quliyev
Rollarda
Həsən Məmmədov — Əsgər Leyla Şıxlinskaya — Gülçöhrə Ağadadaş Qurbanov — Soltan bəy Nəcibə Məlikova — Cahan xala Hacımurad Yagizarov — Süleyman Xuraman Hacıyeva — Asya Tələt Rəhmanov — Vəli Səfurə İbrahimova — Telli Möhsün Sənani — Qoçu
Filmi səsləndirənlər Əliağa Ağayev — Soltan bəy (Ağadadaş Qurbanov) (titrlərdə yoxdur) Firudin Mehdiyev — Vəli (Tələt Rəhmanov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Gülçöhrə (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur) Ətayə Əliyeva — Cahan xala (Nəcibə Məlikova) (titrlərdə yoxdur) Həsənağa Turabov — Süleyman (Hacı Murad Yagizarov) (titrlərdə yoxdur) Hacı Murad Yagizarov — Tutuquşu (titrlərdə yoxdur) Ağasadıq Gəraybəyli — Qoçu (titrlərdə yoxdur) Əzizağa Qasımov — Qoçu (Möhsün Sənani) (titrlərdə yoxdur)
Epizod rollarda
Qorxmaz Əlilicanzadə — toy iştirakçısı və bəy-gəlinin önündə rəqs edən uşaq
İstinadlar
Mənbə Tofiq Tağızadə. "İllər və arzular" //Ədəbiyyat və incəsənət.- 1964.- 25 yanvar. Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Qurbanov, Ş. "Arşın mal alan" //Bakı.- 1966.- 24 fevral. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 414. Nailə Rəhimova. ""Arşın mal alan" filminin uğurlu həyatı". //"Təhsil, mədəniyyət, incəsənət" jurnalı.- 2000.- № 4.- səh. 89-92. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 141; 151-152. Həsənova, T. “Üzeyir Hacıbəyov və Azərbaycan kinosu”. //Kino.- 2006.- 29 sentyabr.- səh. 7. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1965-ci ilin Azərbaycan filmləri 1960-cı illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər
İzlə
Kateqoriya:1965-ci ilin filmləri Kateqoriya:1965-ci ilin Azərbaycan filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Tofiq Tağızadənin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Qubada çəkilən filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1965-ci ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər