Məzmun Hərbi-vətənpərvərlik filmində sərhədçilərin adi, gündəlik fəaliyyətlərindən, sərhəddə sayıq durmalarından, çətin, lakin şərəfli vəzifələrindən danışılır. Valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin hər şeydən uca tutulması filmin əsas qayəsidir.

Filmdə İkinci Dünya müharibəsində əsir düşənlərin yaralı şəraitdə düşmən əlinə keçməsinə baxmayaraq vətənə qayıtdıqdan sonra repressiya qurbanı olmalarından və onların faciəli aqibətindən də söhbət açılır.

Film haqqında Film aktyor Şahmar Ələkbərovun kinoda ilk işidir. Film yazıçı Əhmədağa Qurbanovun (Muğanlı) "Tikanlı məftillər" povesti əsasında ekranlaşdırılmışdır. Prokata çıxdığı zaman filmə 21,5 milyon tamaşaçı baxmışdı.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Əhmədağa Qurbanov Quruluşçu rejissor: Kamil Rüstəmbəyov Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Məmməd Hüseynov Bəstəkar: Cahangir Cahangirov Səs operatoru: Əziz Şeyxov Məsləhətçi: N.Peskov (general-mayor), S.Baranov (polkovnik) Rejissor: Məmməd Əlili Rejissor assistenti: Əşrəf Mamayev, T.Məmmədov, Əbdül Mahmudov Operator assistenti: Sərdar Vəliyev(S. Vəliyev kimi), Ş.Zalov Geyim rəssamı: Məmməd Hüseynov Qrim rəssamı: Telman Yunusov Fotoqraf: Y.Sazonov Rəssam assistenti: Ə.Musayev Montaj edən: A.Klebanova Montaj üzrə assistent: M.Balamsa Quraşdırılmış səhnələrin operatoru: Teyyub Axundov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Redaktor: Y.Vəkilov Filmin direktoru: S.Bəyazov Çalır: Nazirlər Soveti Yanında Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: A.Roytman Mahnını ifa edən: Oqtay Ağayev

Rollarda Şahmar Ələkbərov — Fərrux Rza Əfqanlı — Sərxan Möhsün Sənani — Qəmbər Ofeliya Sənani — Hicran Stanislav Kovtun — mayor Nəzərov Kamal Xudaverdiyev — baş leytenant Rəhimov İvan Pereverzev — polkovnik Vladimir Kolokoltsev — Oleq Süleyman Ələsgərov — mayor Poladov Abbas Rzayev — Feyzi Məlik Dadaşov — sərhədpozan Ətayə Əliyeva — Qəmbərin arvadı Heydər Şəmsizadə - Baxış kişi Yuri Muzıçenko - həkim Vladimir Breus Əhməd Əhmədov — kontrabandaçı İsmayıl İsayev - işçi Yusif Vəliyev — milis işçisi Əbdül Mahmudov - çayçı Zirəddin Tağıyev - sərhədçi əsgər

Filmi səsləndirənlər Əminə Yusifqızı - Hicran (Ofeliya Sənani)(titrlərdə yoxdur) Rafiq Əzimov — Oleq (Vladimir Kolokoltsev) (titrlərdə yoxdur) Əli Zeynalov — polkovnik (İvan Pereverzev) (titrlərdə yoxdur) Yusif Vəliyev — Sərxan (Rza Əfqanlı) (titrlərdə yoxdur) Həsənağa Turabov — mayor Nəzərov (Vyaçeslav Kovtun) (titrlərdə yoxdur) Bahadur Əliyev — rus sərhədçi (titrlərdə yoxdur) Ramiz Məlikov — starşina (titrlərdə yoxdur) Hamlet Xanızadə — milis işçisi (Yusif Vəliyev) (titrlərdə yoxdur) Ağaxan Salmanlı - Morozov (titrlərdə yoxdur) Tofiq Məmmədov- Vasili (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 32. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 141; 152-153.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1967-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Cinayət filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər