Şorbaçı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şorbaçı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Şorbaçı kəndi Azərbaycan Respublikasının Cəlilabad rayonun ərazisində, rayon mərkəzindən təxminən 20 km aralıda yerləşir. Şorbaçı kəndi eyni adlı ərazi icra nümayəndəliyində kənddir. Şorbaçı ərazi icra nümayəndəliyinə Şorbaçı kəndi, Məmmədrzalı kəndi, Mədətli kəndi daxildir. Kəndin ətrafında Təklə kəndi, Mədətli kəndi Babalı kəndi və Məmmədrızalı (Pornəyimdə deyilir) kəndi yerləşir. Kənd ərazisində Şorbaçı kənd tam orta məktəbi (11 illik) və xəstəxana var . Şorbaçı kəndi ərazisində keçən yeni asvalt yol salınmışdır. Ən son dəyişikliklə artıq Şorbaçı bələdiyyəsi Boyxanlı bələdiyyəsinin ərazisinə daxil edilmişdir. Bu yollara Şorbaçı-Məlikqasımlı yolu, Şorbaçı-Məmmədrzalı yolu aiddir. Şorbaçı kəndi ərazisində 2021-ci ildə modul tipli məktəb tikilmiş və il sonuna yaxın istifadəyə verilmişdir. Şorbaçı kəndi üzrə 15 nəfərdən çox şəxs 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Kəndə optik internet xətti çəkilmişdir. Kənd ərazisində minik avtomobil təmiri yerləri mövcuddur. left|200px|thumbnail Kənddə maldarlıq, əkinçilik inkşaf etmişdir. Maldarlğdan qoyunçuluq, qaramal inkişaf etmişdir. Əkinçilikdə isə taxilçiliq ön planda olsa da. Noxud əkinləridə var. Mülayim temperatur, iqlim mövcudur. Qar o qədər də düşmür. Yayı quraq olur. Dərələrlə (arxlarla) axan sular quruya bilir, amma qışda bəzi hallarda suyun bol olması selə səbəb olur. Buda təsərrüfata ziyan vurur (xüsusən çay kənarlarındakı bostan kartof əkinlərinə). Kəndin Mədətli kəndi hissəsində kiçik su hövzəsi (o qədər də kiçik deyil,kənd əhalisi bənd deyir) illər öncə mövcud olmuşdur, hal hazırda mövcud deyil. Qlobal istiləşmənin, havanın isti keçməsi nəticəsində artıq su bəndi tam quruyub. Yay vaxti biçilmiş sahələrdə otlayan kənd heyvanları buradan su içirdilər. Hazırda Təklə kəndi ərazisindən keçən yeni yolda bu kəndə yaxındır. Kənd ərazisində Şorbaçı məscidi mövcuddur. Kəndə telefon xətti, elektirik xətti çəkilmişdir. Lakin qaz çəkilmədiyi üçün hələ də odundan yanacaq mənbəyi kimi istifadə olunur. Dövlət proqramlarına əsasən yaxın müddət ərzində kəndə təbii qaz çəkilişi planlaşdırılır. Məktəb xəstəxana klubdan yol ilə ayrılır. Klubun (kənd idarəsi) aşağı hissəsində bulaq var.
Toponimikası Şorbaçı oyk., sadə. Burovar silsiləsinin ətəyindədir; Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Qobustandadır. Yaşayış məntəqələri qaraqaşlı tayfasının şorbaçı tirəsinin adını daşıyır. Şorbaçılar XIX əsrin ortalarında 64 ailədən ibarət olub, Pirsaat çayı sahillərində köçəri həyat keçirirdilər. Sonralar bu ailələr özlərinin yaylaq yerlərində oturaqlaşmışlar. Keçən əsrin əvəllərində Cəlilabad r-nunda Yuxan Şorbaçı və Aşağı Şorbaçı adlı iki kənd olmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 661 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Əhalinin sayı kənd üzrə daha azdır. Kənd sakinləri Cəlilabad rayonu mərkəzinə yaxud iri mərkəz ərazilərə köçürlər.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri