Uzuntəpə (əvvəlki adı: Novoqolovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Uzuntəpə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Cəlilabad rayonunun Novoqolovka kəndi Uzuntəpə kəndi adlandırılmışdır.

Tarixi Çarizmin köçürmə siyasəti nəticəsində 1844-cü ildə Rusiyanın mərkəzi quberniyalarından köçüb gəlmə insanlar burada məskunlaşdıqdan sonra kəndə Novoqolovka adı verilib. 29 aprel 1992-ci ildə kəndin keçmiş Uzuntəpə adı bərpa edilmişdir.

Toponimikası Kənd ərazidəki eyniadlı yüksəkliyin adını daşıyır.

Coğrafiyası və iqlimi Kənd Lənkəran ovalığında yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 6646 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Cəlilabad rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri