Söyüdlü (əvvəlki adı: Nəftəluq) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Muğan kənd inzibati ərazi dairəsində kənd. 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Cəlilabad rayonunun Svetlaya Zarya kənd inzibati ərazi dairəsi tərkibindəki Nəftəluq kəndi Söyüdlü kəndi adlandırılmışdır.

Toponimikası Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif yerlərdən gəlmiş ailələrin Nəftəluq adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin məlumatına görə, keçmişdə tuluqlara doldurulmuş neft dəvələrlə gətirilib burada satılırdı. Bu fikrə əsaslanan tədqiqatçılar oykonimin neft və tuluq sözlərindən ibarət olduğunu bildirirlər. Başqa bir fikrə görə isə, oykonim neft sözü və məkan bildirən -luq şəkilçisindən (-ə bitişdirici saitdir) ibarət olub, "neftli yer" mənasındadır. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Söyüdlü (söyüd ağacları çox olan yer) adlandırılmışdır.

Coğrafiyası və iqlimi Kənd Lənkəran ovalığında yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 880 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cəlilabad rayonunun kəndləri