Porsava (əvvəlki adı: Porsova) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindəki Porsova kəndi Porsava kəndi adlandırılmışdır.

Toponimikası Kəndin keçmiş adı Kərgədi olmuşdur. 2001-ci ildən Porsava kimi rəsmiləşdirilmişdir.

Coğrafiyası və iqlimi Kənd Burovar silsiləsinin ətəyində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 208 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cəlilabad rayonunun kəndləri