Azərbaycanın İstiqlal Bəyannaməsi, İstiqlal Bəyannaməsi () və ya İstiqlal Əqdnaməsi () — 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur.

Azərbaycan dilində ərəb əlifbası ilə tərtib olunmuş Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması Azərbaycan Respublikasının Dövlət Arxivində, Azərbaycan və fransız dillərində orijinal nüsxələri isə Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarix Muzeyində saxlanılır. İstiqlal Bəyannaməsinin qəbul olunduğu gün — 28 may tarixi 1990-cı ildən Azərbaycanda Müstəqillik Günü dövlət bayramı kimi qeyd edilir.

Tarixi 1918-ci ilin əvvəlində Qafqazda siyasi vəziyyət çox çətin olaraq qalırdı. Rusiyanın Almaniya ilə Brest-Litovskda sülh danışıqlarının uğursuzluğundan sonra, alman-türk qoşunları 1917-ci il 6 dekabrda Qafqazda hücuma başladılar. 1918-ci ilin yanvar ayının əvvəlində türk qoşunları Qars və Batum vilayətlərini ələ keçirə bilmişdi. Türk əsgərlərinin uğuru Zaqafqaziya Komissarlığını Osmanlı İmperiyasına sülh danışıqları üçün 6 fevral 1918-ci ildə Qafqaz Cəbhəsinin komandiri Mehmet Vəhib Paşaya teleqram göndərməyə məcbur etmişdi.

Zaqafqaziya seyminin yaranması Zaqafqaziya Komissarlığı effektsiz olduğuna və regionda kifayət qədər güclü hakimiyyətə malik olmadığına görə özünün ləğv edilməsini elan etməyə məcbur oldu. 1918-ci il yanvarın 5-də açılaraq elə həmin gündə bolşevik hökuməti tərəfindən qovulmuş Müəssislər Məclisinə Zaqafqaziyadan seçilmiş deputatlar yol bağlı olduğu üçün Rusiyaya gedə bilməmişlər. Zaqafqaziyadan Rusiya Müəssislər Məclisinə seçilmiş deputatlar 1918-ci il fevralın 14-də ölkədə hakimiyyət orqanı kimi Zaqafqaziya seymini yaratmağı qərara alırlar. Seymdə Rusiya Müəssislər-Məclisinə seçkilər zamanı hər partiyanın aldığı səsin sayına müvafiq olaraq Zaqafqaziya Seymindəki nümayəndələrin sayı artırıldı.

Müsavat Partiyası və demokratik bitərəflər qrupundan 30 nəfər, Müsəlman sosialist blokundan 7 nəfər, İttihad Partiyasından 3 nəfər, Müsəlman sosialist-demokrat menşevik partiyası Hümmətdən isə 4 nəfər Zaqafqaziya Seyminə daxil edildi. Nəticədə Zaqafqaziya Seymində 44 azərbaycanlı nümayəndə iştirak edərək, seymin müsəlman fraksiyasını yaratdılar. Bunlar aşağıdakı şəxslər idi:

"Müsavat" və demokratik bitərəflər qrupundan: Məmməd Yusif Cəfərov, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Mir Hidayət bəy Seyidov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Məhəmmədbəyov, Aslan bəy Qardaşov, Şəfi bəy Rüstəmbəyli, Cavad bəy Məlikyeqanov, Mustafa Mahmudov, Mehdi bəy Hacıbababəyov, Hacı Səlim Axundzadə, Mehdi bəy Hacınski, Xudadat bəy Məlik-Aslanov, Müseyib bəy Əxicanov, Lütfəli bəy Behbudov, Firidun bəy Köçərli, İbrahim ağa Vəkilov, Həmid bəy Şahtaxtinski, Rəhim bəy Vəkilov, Ələsgər bəy Mahmudbəyov, Yusif əfəndi Əfəndizadə, Mirzə Camal Yusifzadə, Məmmədrza ağa Vəkilov, İslam bəy Qəbulzadə.

Müsəlman sosialist blokundan: İbrahim bəy Heydərov, Əlixan Qantəmir, Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Bağır Rzayev, Camo bəy Hacınski, Məhəmməd Məhərrəmov. Rusiyada müsəlmançılıq – "İttihad" partiyasından: Sultan Məcid Qənizadə, Mir Yaqub Mehdiyev, Heybətqulu Məmmədbəyli. Müsəlman sosial-demokrat menşevik "Hümmət" partiyasından: Cəfər Axundov, İbrahim Əbilov, Əkbər ağa Şeyxülislamov, Səməd ağa Ağamalıoğlu.

Zaqafqaziya seymi Yevgeni Gegeçkori başda olmaqla, Zaqafqaziya hökumətini təşkil etdi. Qafqaz cəbhəsində vəziyyət və Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi məsələləri istər Seymin, istərsə də hökumətin fəaliyyətində əsas yer tuturdu. Zaqafqaziya Seymindən müsəlman fraksiyasının lideri Məhəmməd Əmin Rəsulzadə bu barədə yazırdı: "Seymdə müsəlmanların bütün səyləri cəbhə məsələsinin dinc yolla həlli və Qafqazın müstəqilliyinin dərhal həyata keçirilməsinə yönəlmişdi. Müstəqil Qafqazın mövcudluğu təkcə Qafqaz müsəlmanlarının deyil, həm də Rusiyanın daimi təhlükəsi qarşısında qalan digər müsəlman ölkələrinin də mənafeyinə uyğun idi".ARDA, f. 970, siy. 1, iş 13, v. 9

Trabzon konfransı

Seymin qarşısında duran əsas məsələlərdən biri yaxınlaşan sülh danışıqları üçün hüquqi baza yaratmaq idi. Lakin bu məsələ ilə əlaqədar qəbul edilmiş qərar ziddiyyətli xarakter daşıyırdı: Zaqafqaziyanı müstəqil dövlət elan etməyən Seym özünün xarici dövlətlərlə sülh bağlamaq səlahiyyəti olduğunu bildirir, Türkiyə ilə danışıqlara dair proqramında göstərirdi ki, 1914-cü ildəki dövlətlərarası sərhəd bərpa olunmalıdır. Bundan əlavə, Zaqafqaziya nümayəndə heyəti Şərqi Anadoluda Türkiyə dövləti tərkibində olmaqla ermənilər üçün öz müqəddəratını təyin etmək hüququ əsasında muxtariyyət əldə etməyə çalışırdı. Danışıqlar aparmaq üçün üç Cənubi Qafqaz millətinin parlament fraksiyalarını təmsil edən siyasətçilər qrupundan nümayəndə heyəti təşkil olunmuşdu. Gürcü Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyətindəki azərbaycanlılar — müsavatçılar Məmmədhəsən Hacınski və Xəlil bəy Xasməmmədov, sosialist blokunun üzvü İbrahim bəy Heydərov, ittihadçı Mir Yaqub Mehdiyev və menşevik-hümmətçi Əkbər ağa Şeyxülislamovdan ibarət idi. Martın 12-də bütün qrup üzvləri danışıqların başlanacağı Trabzona gəldilər.Ж в а н и я Г. Указ раб., с. 207.

Zaqafqaziya Seymi hələ Türkiyə ilə sülh danışıqlarına hazırlaşdığı vaxt Brestdə Rusiya ilə Almaniya arasında separat müqavilə imzalanmışdı və onun bir şərtinə görə Ərdəhan, Qars və Batum Türkiyəyə verilməli idi.ARDSPİHA, f. 276, siy. 3, iş 1 17, v. 19.История Азербайджана. Т. III, ч. I, Баку, 1963, стр. 112–113. Zaqafqaziya Seymi Brest sülhünün bu şərtini qəbul etmədi və Petroqrada XKS adına teleqram göndərərək bildirdi ki, "Brest sülhünü tanımır, çünki Zaqafqaziya heç vaxt bolşeviklərin və Xalq Komissarları Sovetinin hakimiyyətini qəbul etməmişdir".Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919, стр. 145 Türkiyə isə Brest sülhünün qərarlarına əsaslanaraq, Zaqafqaziya Seyminə Qars, Batum və Ərdəhanı dərhal boşaltması haqqında ultimatum verdi. Belə bir şəraitdə 1918-ci il martın 14-də Trabzonda Türkiyə və Zaqafqaziya Seyminin nümayəndə heyətləri arasında sülh konfransı açıldı. Konfransda Türkiyə nümayəndəliyi mövqeyini açıqlayaraq bildirdi ki, əgər Zaqafqaziya beynəlxalq hüququn subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməlidir.Yenə orada, səh. 146Документы и материалы по внешней политике Закавказья и Грузии, стр. 224

Trabzon danışıqlarında iştirak edən Zaqafqaziya nümayəndəliyinin daxilində Türkiyəyə güzəşt məsələsində yekdillik yox idi. Çünki ermənilər Qars vilayətinin böyük bir hissəsini, gürcü nümayəndələri Ərdəhanın və Batumun Zaqafqaziya dövlətinin tərkibində qalmasını istəyirdilər.Закавказский Сейм // Стенографический отчет. Сессия первая, заседание 21, стр. 34–35. Bu məsələyə münasibətilə neft sənayesinin mənafeyini qoruyan Azərbaycan daha iki mühüm səbəbdən gürcüləri müdafiə edirdi: birincisi, bütün Zaqafqaziya, o cümlədən Azərbaycan üçün Qars və Ərdəhan Dünya Okeanına yeganə çıxış qapısı olan Batum qədər çox böyük əhəmiyyət daşımırdı; ikincisi, yerli əhalinin əksəriyyəti türklər olan bu iki vilayət milli, coğrafi, tarixi amillərlə Türkiyəyə bağlı idi.

Türkiyə tərəfinin güzəştə getmək və Zaqafqaziya rəhbərlərinin reallıqla hesablaşmaq istəməmələri danışıqların pozulmasına gətirib çıxartdı. Aprel ayının 6-da Türkiyə tərəfi Zaqafqaziya nümayəndələrinə Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul edib-etməmək barəsində 48 saat ərzində cavab verilməsini tələb edən ultimatum təqdim etdi. Eyni zamanda danışıqlara yenidən başlamaq üçün Cənubi Qafqazın müstəqilliyini elan etməsi barədə əvvəlki şərtini çıxardı."Вестник Бакинского Совнаркома", 1918, № 1–2 Nümayəndə heyəti başçısı A. Çxenkeli Türkiyə tərəfinin ultimatumunu qəbul etmək qərarına gəldi, lakin gec idi, çünki artıq Türkiyə qoşunları Batumdan başqa həmin ərazilərin hamısını tutmuşdu.

Bu dövrdə Zaqafqaziyada erməni şovinist millətçi qüvvələr öz məkrli siyasətlərini davam etdirirdilər."Бакинский рабочий", 25 мая 1918 г 1918-ci ilin yanvarından onlar Bakıda və Zaqafqaziyanın digər bölgələrində müsəlman qırğını törətmək üçün müxtəlif fitnəkarlıqlara əl atır, Bakı Sovetinin orqanlarına, şəhər idarəçiliyinin həlledici vəzifələrinə öz nümayəndələrini soxurdular.Ленинский сборник, XXI, стр. 177.

Regionda vəziyyətin ağırlaşması 300px|thumbnail|1918-ci il 31 mart soyqırımı zamanı Şah məscidinin ermənilərin atdığı top mərmiləri tərəfindən zədələnmiş minarəsi

Qafqazda siyasi vəziyyət Bakıda Mart soyqırımı ilə əlaqədar kəskin pisləşdi. Anti-müsəlman qırğınlarında aktiv rol Daşnaksütun partiyası oynayırdı. Bakıdakı hadisələrlə əlaqədar Zaqafqaziya seyminin müsəlman fraksiyası Seymdən müsəlman əhalisini qorumaq üçün Bakıya qoşun göndərməyi tələb etdi. 1918-ci il 3 apreldə Fətəli xan Xoyski qeyd etdi ki, "…əgər müsəlman əhalisini qorumaq üçün tədbirlər görülməsə, müsəlman nazirlər hökumətin tərkibindən çıxacaqlar". 1918-ci il aprelin 7-də Zaqafqaziya Seyminin iclasında müsəlman nazirlərin hökumətin tərkibindən çıxması haqqında bəyanatı ilə əlaqədar olaraq, Fətəli Xan Xoyski bildirirdi ki, "…müsəlman fraksiyası belə hesab edir ki, yaranmış şəraitdə, xüsusilə Bakı hadisələrilə əlaqədar, müsəlman nazirlər Bakının müsəlman əhalisini qorumaq üçün hökumətdən heç bir şey əldə edə bilmirlər və bu, onların qərar qəbul etmək üçün əsaslarını gücləndirir"."Azərbaycan Arxivi", 1989, № 1–2, səh. 230. l O l . H ə s ə n o v C . Göstərilən əsəri, səh. 150.

Müsəlman fraksiyasının təzyiqi altında 1918-ci il 22 apreldə Zaqafqaziya seyminin geniş tərkibdə görüşü toplandı və Zaqafqaziya Demokratik Federativ Respublikasının müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul etdi.Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919, стр. 202–203"Жизнь национальностей", 8 декабря 1918 г Yığıncaqda Bakı hadisələri ilə bağlı müzakirə zamanı, 20 apreldə Gegeçkorinin rəhbərliyi altında Zaqafqaziya hökuməti istefa etdi. Həmin gün Çxenkelinin başçılığı altında Zaqafqaziya Seymi Zaqafqaziya hökumətinin yeni tərkibi təsdiq etdi. Zaqafqaziya hökumətin sədri Çxenkeli Qafqaz cəbhəsinin komandanı Vahib paşaya teleqram göndərdi. Teleqramda deyilirdi: "…Zaqafqaziya artıq müstəqil federativ respublika elan edilmiş və bu barədə dövlətlərə məlumat verilmişdir, deməli, Osmanlı nümayəndə heyətinin 1918-ci il 18 mart tarixli bəyanatının şərti də yerinə yetirilmişdir".

Mart hadisələri ilə əlaqədar, Azərbaycanda vəziyyət çox gərginləşdi. Bir sıra şəhərlərdə bolşeviklərə qarşı etiraz dalğası baş qaldırırdı. Hətta 1918-ci il aprelin 15-də Gəncədə Zaqafqaziya Seymi üzvləri Xəlil bəy Xasməmmədov və Məmməd Yusif Cəfərovdan alınmış teleqramda xəbərdarlıq edilirdi ki, "Bakı bolşeviklərinə qarşı cəza tədbirləri görməyən hökumətə qarşı müsəlmanlar içərisində təbliğat aparılır".Azərbaycan EA A. Bakıxanov ad. Tarix İnstitutunun elmi arxivi, f. l, siy. 9, iş47, v. 22.Yenə orada, 20 iyul 1918-ci il. Yelizavetpol quberniyasında silahlı müdaxiləni və Bakı Xalq Komissarları Soveti üzvlərinin həbs edilməsini tələb edən kütləvi mitinq və yığıncaqlar başlandı. 1918-ci il aprelin 17-də Xoyski Zaqafqaziya hökuməti qarşısında məruzə ilə çıxış etdi. Məruzədə deyilirdi: