Araz Elsəs — azərbaycanlı ozan.

Həyatı Araz Elsəs 27 noyabr 1971-ci ildə Güney Azərbaycanın Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Uşaqlıq çağlarından musiqiyə böyük maraq göstərib. O, gənc yaşlarından doğma yurdunu doğma dildə oxşamağa başlayır. Sazı və sözü ilə illərin yuxusuna batmış ulusunu oyanmağa səsləyir.

Daha sonra siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Quzey Azərbaycana köçür. 1997-ci ildə Avropa yazarlar parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılır. O dövrdən Avropada yaşayır, müxtəlif ölkələrdə azərbaycanlılar içində konsertlər verir. 2000-ci ildə isə İsveçə köçüb.

İstinadlar

Xarici keçidlər Ozan (film, 2005) Araz Elsəs. Hoydu Hoy (Youtube.com) Araz Elsəs. GünAz TV-də (Youtube.com) Araz Elsəs. Klip (Youtube.com)

Kateqoriya:Cənubi Azərbaycan müğənniləri Kateqoriya:1971-ci ildə doğulanlar Kateqoriya:Nəqədədə doğulanlar