Şəhadət — Azərbaycan Respublikasının Göyçay rayonunun Şəhadət kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Şirvan düzündədir. Oykonimin Şəhadət şəxs adı ilə bağlılığı güman edilir. Şəhadət eyni zamanda ər.”şahidlik” və ya “şəhidlik” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 900 nəfər əhali yaşayır. Əsasən azərbaycanlılardan ibarətdir. Kənddə 11 türk ailəsi məskunlaşmışdır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Göyçay rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Göyçay rayonunun kəndləri