Şəkər — Azərbaycan Respublikasının Göyçay rayonunun Şəkər kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Şəkər. oyk. Keçmiş adı Şəkərarxı olmuşdur. Kənd Göyçay çayından çəkilmiş Şəkərarxın sahilində yerləşdiyinə görə belə adlandırılmışdır. Yaşayış məntəqəsi bu arxı çəkdirən Şəkərbəyin adı ilə Şəkərbəy də adlanır. Xocavənd rayonunun Qırmızı Bazar inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1419 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629

Din Kənddə Şəkər kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .

Həmçinin bax Göyçay rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Göyçay rayonunun kəndləri