Deqadi — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd.
Deqadi Astara rayonunun Şüvi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Tədqiqatçıların fikrincə, oykonim Talış dilindəki de (iki), qalkə (ev) və di (kənd) komponentlərindən düzəlib, "iki evli kənd" mənasındadır. Kəndin əsasını iki ailə qoyduğu üçün belə adlandırılmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.219
Etimologiyası Talış dilində de (dü) "iki" qa (kə) "ev" və dı "kənd" deməkdir. Degadi (Qoşakənd).Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
Yolları 12 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılmışdır.Astara rayonunun Deqadi-Pəlikəş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az
İstinadlar
Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri