Dolu — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.

Dolu Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin dilində Dələv adlanır. Tədqiqatçılar oykonimi "zəminin Hündürlüyüdur yerindən su axıtmaq üçün açılan yer" kimi izah edirlər, doliv sözü ilə əlaqələndirərək "ağac yarpağı" mənasında izah edənlər də var."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh.238

Etimologiyası Dolu Dəlov adından təhrifdir. Talış dilində dəlöv zəminin hündür yerindən su axıtmaq üçün qazılan çökək yer mənasındadır.Akademik Budaq Budaqovun Şəxsi Web Portalı -Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı

İqtisadiyyatı Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.

İstinadlar

Kateqoriya:Astara rayonunun kəndləri Kateqoriya:Astara rayonunun yaşayış məntəqələri