Əmirxanlı — Azərbaycan Respublikasının Şabran rayonunun Əmirxanlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Əmirxanlı çayının sahilində, Yan silsiləsinin Şimal ətəyindədir. Etnotoponimdir. Oykonim "yuxarı Əmirxanlı kəndi" deməkdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi 1886-cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Bakı quberniyasının Quba qəzasının Əmirxanlı kənd dairəsi, Əmirxanlı kəndində 151 tüstü və 1.102 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə — "tatarlar"). Kəndin əhalisi 1.382 (2009) nəfər təşkil edir.

İstinadlar

Kateqoriya:Şabran rayonunun kəndləri