İzmara — Azərbaycan Respublikasının Şabran rayonunun Qorğan kənd inzibati ərazi dairəsində kənd. 2 aprel 2010-cu il tarixli 982-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Dəvəçi rayonunun İzmara kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Toponimikası Oykonim ərəb dilindəki izmi (sümüklər) və fars dilindəki ara (sakinləşmək) sözlərindən düzəlib, "sümüklülər sakin olduğu yer" mənasındadır. Sümüklülər və ya üstüxanlılar Azərbaycan ərazisində yayılmış tayfalardan birinin adıdır.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi 1886-cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Bakı quberniyasının Quba qəzasının Əmirxanlı kənd dairəsi, İzmara kəndində 21 tüstü və 219 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə — "tatarlar").
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şabran rayonunun kəndləri