Kavdadıq — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaralar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Ulaşlı kənd Sovetindən Kavdadıq kəndi Qaralar kənd Sovetinin tərkibinə verilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Yerli əhali kəndin adını kovxalıq (kəndxudaya məxsus) kimi izah edir. Oykonimin ilkin variantının Kavdoabdıq olduğunu iddia edən tədqiqatçılara görə, kav (farsca "dağ keçidi, aşırım"), doab (iki çay) və -dıq (Azərbaycan dilindəki məkan bildirən -lıq şək.-sinin variantı) komponentlərindən ibarət olan bu söz "dağ keçidində iki çayın birləşdiyi yer" mənasındadır. Başqa mülahizəyə görə,Kaf dağlı-Anadolu. Kavdadıqda Curumlu və yaxud Cürümlü tayfasının tarixi Anadoluda Bizansla savaşda olub. Curum–Çorum şəhəri o tayfanın adı ilə bağlıdır. Bir başqa variant, dilimizdə "Kav"sözü var. Bir işin doğrusuna kavdı və yaxud kav deyil demək var. Kavdadıq, yəni doğruladıq(Məkanı,yurdu)
Coğrafiyası və iqlimi Kəndi Bərgüşad (Bazarçay) çayı ilə Həkəri çayının birləşdiyi yerdə, Yazı düzündə yerləşir.
İstinadlar
Mənbə Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 455.
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri