Qaraqoyunlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Xocahan kənd Sovetindən Qaraqoyunlu kəndi Tatar kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Azərbaycan Respubliksı Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponimikası Yerli məlumata görə, təqribən XVIII əsrdə Xanqaraqoyunlu kəndindən (indiki Bərdə rayonundakı Qaraqoyunlu kəndi) ayrılmış ailələr əvvəlcə Şayıflı kəndinin (Zəngilan rayonu) yaxınlığında, Xanyeri deyilən yerdə məskunlaşmış, sonra isə indiki yerə köçərək Qaraqoyunlu kəndini salmışlar.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri