Vöhtala — Azərbaycan Respublikasının Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Zaqatala rayonunun Maqov kənd inzibati ərazi dairəsi tərkibindəki Voytala kəndi Vöhtala kəndi adlandırılmışdır.
Tarixi Kənddə tarixi abidə kimi məscid və qəbiristanlıq var.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdan ibarətdir.
2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir. Kəndə məscid və qəbiristanlıq var.Zaqatala rayonunun 5 kəndinə ilk dəfə təbii qaz verilmişdir. socar.az, 17.06.2015
İstinadlar
Həmçinin bax
Kateqoriya:Zaqatala rayonunun kəndləri