Dönük Qırıqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Dönük Qırıqlı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrin axırlarında Düz Qırıqlı kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oronimin ikinci komponenti (qırıqlı) oğuz tayfalarından birinin adı ilə bağlıdır. Dönük komponenti isə düz sözünun qarşılığı kimi "əks tərəf" və ya qədim türk dilinin dil vahidi olan tanuq sözünun ifadə etdiyi "dik" mənası ilə əlaqədardır. 1917-ci ildə həmin komponent Danuk variantında qeydə alınmışdır.

Tarixi

Tarixi abidələri Dönük Qırıqlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1799Töyrətəpə yaşayış yeriEneolitDönük Qırıqlı kəndindənşərqdəArxeolojiÖlkə1800Məntəjtəpə yaşayış yeriEneolitDönük Qırıqlı kəndindənşimal-şərqdəArxeolojiÖlkə

Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993502176617362009↗3770↗1883↗1887

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və maldarlıqdır. Əkinçilikdə suvarma əkinçiliyindən istifadə olunur. Əsasən kartof və taxıl istehsalına üstünlük verilir.

Mədəniyyəti Kənddə Dönük Qırıqlı kənd kitabxana filialı, Dönük Qırıqlı kənd Mədəniyyət Evi, Dönük Qırıqlı poçt şöbəsi (AZ6023) fəaliyyət göstərir.

Təhsil Kənddə Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Dönük Qırıqlı kənd körpələr evi–uşaq bağçası fəaliyyətdədir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Dönük Qırıqlı həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Dönük Qırıqlı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri