Kalbaoruc Dizə (əvvəlki adı: Oruc Dizə (?-1 mart 2003)) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Oruc Dizə kəndi Kalbaoruc Dizə kəndi adlandırılmışdır. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kalbaoruc Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Kəndin keçmiş adı Oruc dizə olmuşdur. Oykonim Kalbaoruc (Kərbalayı Oruc şəxs adının təhrifə uğramış formasıdır) və dizə qədim İran mənşəli termin olub "kənd", "qala" komponentlərindən düzəlmişdir. Sonralar oykonimin tərkibindəki kalba sözü düşmüşdür. 2003-cü ildən kəndin adı yenidən Kalba Oruc dizə kimi rəsmiləşdirilmişdir.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmayıb.

Coğrafiyası və iqlimi Kənd Naxçıvançayın sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19994312112202009↗537↗261↗276

İqtisadiyyatı Kənd əhalisi əsasən taxılçılıq, bostançılıq, heyvandarlıq və digər sahələrlə məşğuldur.

Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil Kənddə təhsil müəssisəsi olaraq tam orta məktəb mövcuddur. Məktəb yeni inşa edilmiş və 2 mərtəbədən ibarətdir.

Din məscid Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Məmmədrza Dizə kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri