Əliabad — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Əliabad kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Oykonim "Əlinin kəndi, Əliyə məxsus yaşayış məntəqəsi" mənasındadır.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Muğan düzündə, rayonun şimal-qərbində yerləşir. Aranlı, Zəhmətabad, Xırmandalı və Bağbanlar kəndləri ilə sərhəddir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199910354925432009↗1222↗617↗605
Tanınmış şəxsləri Mübariz İbrahimov — Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əhmədağa Muğanlı — yazıçı.
İqtisadiyyatı Kənddə 291 təsərrüfat var. "Modul" tipli sudurulducü qurğu fəaliyyət göstərir.
Mədəniyyəti Kənddə Əliabad kənd kitabxana filialı fəaliyyət göstərir.
Təhsil Kənddə Əliabad kənd tam orta məktəbi fəaliyyət göstərir.
Bundan başqa kənddə Əliabad kənd uşaq bağçası fəaliyyətdədir.
Din Kənddə Əliabad kənd məscidi yerləşir.
Səhiyyə Kənddə Əliabad kənd tibb məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Əliabad (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri