Yuxarı Buzqov — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndi Buzqov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Buzqov kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Kəndin keçmiş adı Buzqov olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Buzqov, bu yaşayış məntəqəsi isə Yuxarı Buzqov adlandırılmışdır. Buzqov ərazidəki çayın adıdır. Kənd Buzqov çayının sahilində yerləşdiyi üçün belə adlanır.
Tarixi Qarabağ müharibəsi başlandığı dövrdən etibarən ermənilər bir neçə dəfə bu kəndə hücum ediblər, lakin onların hücumunun qarşısını hər dəfə əsgərlər uğurla alırdı. Kənd uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov şəhid olmuşdur. Yuxarı Buzqovda kitabxana binası dağıdılmışdır. Bununla yanaşı kənddə əhaliyə məxsus yaşayış evləri və ictimai binalar yandırılmış və top mərmiləri ilə dağıdılmışdır.
Tarixi abidələri Yuxarı Buzqov kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1849Buzqov yaşayış yerie.ə. II minillikYuxarı Buzqov kəndiArxeolojiÖlkə1850Buzqov nekropolue.ə. II minillikYuxarı Buzqov kəndiArxeolojiÖlkə
Coğrafiyası və iqlimi Kənd Dərələyəz silsiləsinin yamacında yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199913073572009↗170↗89↗81
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə Yuxarı Buzqov kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Yuxarı Buzqov kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri