Payız (əvvəlki adı: Paiz) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kənd inzibati ərazi dairəsində kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Paiz kəndi Payız kəndi adlandırılmışdır. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndi Cəhri kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Payız kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Yerli əhalinin məlumatına görə kəndin əsl adı Payızdır və payızlıq sahədə yerləşdiyinə görə belə adlandırılır. Kəndin ərazisi payızlıq əkin üçün yararlıdır. Əslində kəndin adı İran dillərinnə məxsus payız sözündən olub "uc, son nöqtə, ətək, ayaq, dib" deməkdir. Kənd həqiqətən də dağ ətəyində yerləşir.

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199910104995112009↗1152↗581↗571

Tanınmış şəxsləri Qurban Abbasov — fəxri neftçi, əməkdar mühəndis.

Təhsil Kənddə Payız kənd tam orta məktəbi fəaliyyət göstərir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Payız (Babək) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri