Tap — Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Tap kəndi dağətəyi ərazidədir. Keçmiş tam adı Tap Rus olmuşdur. XIX əsrdə Rus Borisi kəndindən ayrılmış rus ailələri Tap Qaraqoyunlu kəndi yaxınlığında saldığına görə belə adlandırılmışdır. Azərbaycan dilində tap “dağ döşündə, ətrafı dərə, yaxud yarğanla əhatə olunmuş kiçik düzən sahə”yə deyilir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 487 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Goranboy rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Goranboy rayonunun kəndləri