Xınalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Xınalı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Xınalı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini vaxtilə indiki Tovuz r-nundakı Zəyəm çayı boyunca yerləşən Xınna dərəsi adlı ərazidəki kəndlərdən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 931 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmışları Seymur Aydın oğlu Musayev — Ürək-damar cərrahı, tibb elmləri namizədi.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Kateqoriya:Goranboy rayonunun kəndləri