thumbnail|2007-ci ildə buraxılmış Azərbaycan poçt markası () — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü. Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür.Fateryga, A, V., Efimov, P., Fateryga, V, V. (2018). Taxonomic notes on the genus Ophrys L. (Orchidaceae) in the Crimea and the North Caucasus. DOI: 10.14258/turczaninowia.21.4.2 Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür.
Arealı Albaniya, Bolqarıstan, Kipr, Egey dənizinin şərqindəki adalar, Yunanıstan, İran, İraq, Krit, Krım, Livan, Suriya, Şimali Qafqaz, Balkan yarımadasının şimal-qərbi, Fələstin, Rumıniya, Cənubi Qafqaz və Türkiyədə yayılmışdır.
Botaniki xarakteristikası Xarıbülbül çoxillik ot bitkisidir. Bitkinin adı fars dilindəki xar (tikan) və bülbül sözlərinin birləşməsindən yaranıb. Gövdə 20–40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2–3 sm, uzunluğu 5–10 sm-dir. Çiçək qrupu seyrəkdir, 5–6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-sm uzunluğunda açıq-bənövşəyi rənglidir. Daxili ləçəklər 3 sm uzunluqda oval-lansetvari, bənövşəyi və birdamarlıdır. Dodaqcıq məxmərvaridir, yuxarı hissədə irəliyə doğru qısa əlavə çıxıntısı var, qonur, üzəri bir neçə sarımtıl ləkəlidir, hər biri ensiz, açıq-sarı haşiyəlidir.Флора Азербайджана, 1952
Çiçəkyanlığının yarpaqcıqlarının uzunluğu 10–12 mm-dir, uzunsov-neştərvaridir, sarımtıl-yaşıl rəngdədir, daxili yarpaqcıqları xətvari-neştərşəkillidir, yaşılımtıl-qonur rəngdədir; dodağı məxmər kimidir, görünüşünə görə enli əksinəyu-murtaşəkillidir, tünd qırmızı-qonur rəngdə olub, mavitəhər-bənövşəyi rəngli H hərfinə oxşar cizgisi vardır, bütöv və ya üç bölümlüdür, orta bölümü böyrəkşəkilli-ürəkşəkilli kiçik qabarlı törəməlidir, kənardakılar qısa olub, uzunsov-üçkünclüdür. Aprel-iyun aylarında çiçəkləyir.
Məhdudlaşdırıcı amillər Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması.
Azərbaycanda yayılması Azərbaycanda Şuşa və ətraf ərazilərdə, Samur-Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlar, Kür düzənliyi, Abşeron, Diabar, Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinir.Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013 Əsas otlu yamaclarda, meşə açıqlıqlarında və kolluqlarında olur.
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsirlərin azaldılması, yasaqlıqların təşkil edilməsi və toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin müəyyənləşdirilməsi məqsədəuyğundur.
Sinonimləri
Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Azərbaycanın milli simvolları Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Dekorativ bitkilər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Səhləbkimilər (yarımfəsilə)