Aloiz Zenefelder () — poliqrafiya sahəsində alman ixtiraçısı.

Həyatı Praqada ziyalı ailəsində doğulmuş, Münxendə ölmüşdür. Gənc yaşlarından mətbəə – çap prosesləri ilə maraqlanmış, ədəbi-bədii fəaliyyət göstərmiş, dram əsərləri də yazmışdır. 1796-cı ildə əhəng daşının kimyəvi emalı ilə əlaqədar hündür çap formalarının hazırlanmasını müəyyənləşdirmiş, 1798-ci ildə litoqrafiyanı kəşf etmişdir. Sonralar Zenefelder litoqrafiya çap maşınının konstruksiyasını hazırlamışdır. 1818-ci ildə çapdan buraxdığı "Litoqrafiyaya dair tam rəhbərlik" əsəri geniş yayılmışdır.

İstinadlar

Mənbə Şahverdiyev A. B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006

Xarici keçidlər

Kateqoriya:Almanlar Kateqoriya:Litoqraflar Kateqoriya:İxtiraçılar Kateqoriya:Almaniya ixtiraçıları