Hovuslu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hovuslu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini havuslu tirəsinə mənsub ailələr saldığına görə belə adlanmışdır. Havıslı, Hovuzlu variantlarında da qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində havıs kotanın açdığı şırıma deyilir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax Cəbrayıl rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri