Aralıq dənizi — şərqdən Asiya, şimaldan Avropa, cənubdan Afrika qitəsi ilə əhatə olunmuş dəniz. Aralıq dənizi qərbdən Cəbəllüttariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir.

Aralıq dənizi təxminən 4 milyon km²-lik bir ərazini əhatə edir. Keçmişdəki böyük antik sivilizasiyalar onun hövzəsində formalaşmışdır.

Etimologiya Türk dilində — Akdeniz; İngilis dilində — Mediterranean Sea. Bu da latın dilindəki Mediterraneustan (Medi: orta + terra: torpaq, yer) mənasına gəlir. Yunan dilində — Mesogeios. Ərəb dilində — qarşılığı البحر المتوسط (Bahre-l Mutavassit) "ortada olan dəniz" mənasındadır. Fars dilində — Aralıq dənizi üçün istifadə edilən " دریای مدیترانه" ('Daryay-e Meditarane) yazilır və işlədilir. Romalılarda — Mare Nostrum deyirlər ki, bu da Bizim Dəniz mənasına gəlir.

Aralıq dənizinə sahili olan ölkələr Avropada (qərbdən şərqə): İspaniya, Fransa, Monako, İtaliya, Malta, Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Albaniya, Yunanıstan, Türkiyə. Asiyada (şimaldan cənuba): Türkiyə, Suriya, Kipr, Livan, İsrail, Misir (Asiya hissəsi). Afrikada (şərqdən qərbə): Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, İspaniya (Seuta və Melilya).

Aralıq dənizindəki böyük adalar Aralıq dənizinin Şərq hissəsində Kipr, Krit, Rodos, Midilli, Xios Aralıq dənizinin Mərkəzi hissəsində Sardiniya, Korsika, Siciliya, Malta Aralıq dənizinin Qərb hissəsində İvitsa, Malyorka, Minorka Aralıq dənizi də özü daxilində bir sıra dənizlərə bölünür: Balear dənizi, Liquriya dənizi, Alboran dənizi, İon dənizi, Kipr dənizi, Egey dənizi, Liviya dənizi, Adriatik dənizi, Tirren dənizi. Boğazları: Andikitira boğazı, İtaka boğazı

Həmçinin bax Arcentario burnu

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə dənizləri Kateqoriya:Yunanıstan dənizləri Kateqoriya:Atlantik okeanın dənizləri Kateqoriya:Avropa dənizləri Kateqoriya:Asiya dənizləri Kateqoriya:Afrika dənizləri Kateqoriya:Şimali Afrika coğrafiyası Kateqoriya:Avropanın su obyektləri Kateqoriya:Aralıq dənizi hövzəsi Kateqoriya:Atlantik okeanın ucqar dənizləri Kateqoriya:Afrikanın su obyektləri Kateqoriya:Qərbi Avropa coğrafiyası Kateqoriya:Cənubi Avropa coğrafiyası Kateqoriya:Mərkəzi Avropa coğrafiyası Kateqoriya:Avropada təbiətşünaslıq