Lui Armstronq (, Louis Daniel Armstrong; ) — ABŞ zənci trubaçalanı, bəstəkar, XX əsrin ən məşhur caz ustadlarından biri hesab edilir.
Həyatı və fəaliyyəti Lui Armstronq çətin və yoxsul uşaqlıq dövrü keçirmişdir. Əvvəlcə truba ifaçısı, karyerasının sonlarına yaxın isə vokalçı olaraq tanınmışdır. Caz sənətinin görkəmli nümayəndələrindəndir. 1922-ci ildə Co Oliver onu Kreol caz orkestrində çıxış etmək üçün Çikaqoya dəvət etmişdir. 1924-cü ildə Lui Nyu-Yorkda F. Hendersonun caz orkestrində trubaçalan, sonra isə müğənni kimi fəaliyyət göstərmişdir. 1925-ci ildə Çikaqoya qayıtmış, qrammofon valları yazdırmaqla məşğul olmuşdur. O, zəngin ritm elementləri və tembr çalarları, melodiyanın improvizasiya xarakterli şərhi ilə səciyyələnən orijinal ifaçılıq üslubu yaratmışdır. 1944-cü ildə Lui Metropoliten-opera -da keçirilən birinci caz konsertində iştirak etmişdir. 1947-ci ildə "Lui Armstronqun bütün ulduzları" sekstetini yaratmış və ömrünün axırına kimi qastrol səfərləri ilə bütün dünyanı gəzmişdir. Bir sıra blüz və mahnılar yazmış, kinoya çəkilmişdir. "Satçmo" təxəllüsü ilə fəaliyyət göstərmişdir. "Satçmo: Mənim Yeni Orleandakı həyatım" xatirələr kitabının müəllifidir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ trubaçıları Kateqoriya:ABŞ cazmenləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:Qremmi mükafatı laureatları
Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Columbia Records artistləri Kateqoriya:Nyu-York şəxsləri